Hava Limanında Viza alan ölkə vətəndaşları

Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında Avropa İttifaqının "laissez-passer" adlı sənədinə malik şəxslər üçün "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli, 3226 saylı Fərmanında nəzərdə tutulmuş hallarda "ASAN Viza"

sistemi vasitəsi ilə elektron vizaların rəsmiləşdirilməsi imkanının yaradılması məsələsi həll olunmuşdur. Belə ki, həmin şəxslərə "ASAN viza" sistemi vasitəsi ilə elektron vizaların rəsmiləşdirilməsi təmin olunmuşdur.

Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat.

Ölkə                  Viza müddəti

 

 

 

1

Qətər

30 gün

2

Oman

30 gün

3

Səudiyyə Ərəbistanı Krallığı

30 gün

4

Bəhreyn

30 gün

5

Küveyt

30 gün

6

Yaponiya

30 gün

7

İndoneziya

30 gün

8

İran İslam Respublikası

30 gün

9

Çin Xalq Respublikası

30 gün

10

Koreya Respublikası

30 gün

11

Malayziya

30 gün

12

Sinqapur

30 gün

13

Türkiyə Respublikası

60 gün

14

İsrail

30 gün

15

Birləşmiş Ərəb Əmirlikləri

30 gün

Qeyd: Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 (otuz) günlük viza rəsmiləşdirilir.

Qeyri-Körfəz dövlətlərini müşayiət edən şəxslərin körfəz dövlətlərində rezidensiya kartı olmalıdır