İqtisadi əməkdaşlıq:

Hökumətlərarası birgə Komissiyanın fəaliyyəti:

- Komissiyanın yaradılma tarixi - 25 oktyabr 2004-cü il;

“Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın

 Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22

 noyabr tarixli 1787 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 976; 2012, №

 2, maddə 123; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384; 2018, № 1, maddə 79) 1-ci hissəsi ilə

 yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - İnam Kərimov

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

 

İlham Əliyev

12.10.2018-ci il

 Moldova tərəfdən İqtisadiyyat və İnfrastruktura Naziri Vadim Brınzan

- Komissiyanın bu günədək keçirilmiş iclaslarının sayı — 3 (üç).

  Komissiyanın 3-cü iclası 2012-ci il 26 aprel tarixində Kişineuda keçirilmişdir.

 

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında ticarət əlaqələri

 (min ABŞ dolları)

 

Il

Ídxal

İxrac

2006

1840,5

4765,8

2007

196,2

8739,9

2008

338,5

7128,0

2009

224,5

3767,9

2010

204,3

7480, 2

2011

2680,2

5720,1

2012

452,9

5367,4

2013

273,8

6467,3

2014

114,5

5916,3

2015

254,1

3525,3

2016

594,95

4665,19

2017

216.17

6,587.43          

2018

5,34 mln

359,3  min 


(Dnestryanı separat qurum nəzərə alınmamaq şərti ilə)

 

MDB üzv dövlətləri üçün 03-07.04.2017-ci il tarixində Moskvada təşkil olunmuş 2017-ci il üzrə Beynalxalq Müqayisələr Proqramı   çərçivəsinda istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair

Moskva şəhərində keçirilmiş müşavirə haqqmda

 

MDB   ölkələrində 2017-ci il üzrə Beynalxalq Müqayisələr Proqramı   çərçivəsinda nəzərəd tutulmuş tədbirlər çərçivəsində 3-7  aprel  2017-ci   il  tarixlərinda Moskva şəhərində istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair müçşavirə keçirimişdir.

lclas  MDB  regionu  üzrə bu layihənin  əlaqələndiricisi olan  MDB  Dövlətlərarası Statistika  Komitəsi və  Rusiya  Federasiyasının dövlət  statistikasının  Federal  xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir.

Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Turkmənistan milli statistika orqanlarının  qiymət statistikası üzra mütəxəssisləri, həmçinin MDB Dövlətlərarası Statistika Komitəsinin və Dünya Bankının nümayəndələri iştirak etmişlər.

     Müşavirə  əvvəlcədən  müəyyən edilmiş gündəliyə uyğun olaraq keçirilmiş  və aşağıdakı məsələlər müzakirə edilmişdir:

-    istehlak malları üzra qiymətlərin qeydiyyatının aparılmasının əsas prinsipləri;

-    siyah üzrə təqdim olunmuş spesifik  istehlak mallarının  qiymət qeydiyyatının təşkil olunması.

İclasda  MDB Dövlətlərarası Statistika Komitəsinin sədrinin müavini A.Kosarev giriş nitqi ilə çıxış etmiş və  beynəlxalq müqayisələrin MDB MDB Dövlətlərarası Statistika Komitəsinin təşəbbüsü ilə hayata  keçirildiyi barədə iştirakçı ölkələrə melumat  vermişdir. Çıxış zamanı bildirilmi!iidir  ki,  2014-cü  ilin  məlumatları   əsasında ÜDM-in  Beynəlxalq  Müqayisəsi Proqramı yekunlamışvə məlumatlar  buklet  şəklində çap edilərək iştirakçı ölkələrə   təqdim edilmişdir.

Bundan sonra iclasın gündəliyina uyğun olaraq istehlak bölmasi uzrə təmsilçi mal və  xidmətlərin   təqdim olunmuş siyahılarının müzakirələri  apanlmllşdlr.  Muzakirələr zamanı aşağıdakı mal qrupları üzra təqdim olunmuş hər bir məhsul üzra ayrı-ayrılıqda fikir mubadiləsi aparılmışdır:

 

-     ərzaq məhsulları, içkilər, tütün- 42 mal qrupu üzra 488 adda təmsilçi məhsul

-     yaxşı istifadə əşyaları - 13 mal qrupu üzrə 370 adda təmsilçi mal

-     Ev əşyaları- 26 mal qrupu üzra 413 adda təmsilçi mal

. Xidmətlər 28 xidmət qrupu üzra 226 adda təmsilçi xidmət

 

-Mebel- 6 mal qrupu üzra 118 adda təmsilçi mal

-    Səhiyyə 6 mal qrupu üzrə 253 adda əmsilçii mal ve xidmətlər

-    Nəqliyyat vasitələri - 3 mal qrupu  üzra 84 adda təmsilçii mal

-    Digar mallar - 5 mal qrupu  üzra 158 adda  təmsilçi mal

 

İclasda müzakirəler əsnasında  ölkələr tərəfindən siyahılar üzrə   irəli sürülən   təkliflər  nəzərə alınmış   və siyahıklara əlavə edilmişdir.

lclasın sonunda bütün mal qruplan üzra təkliflər qəbul olunmuş  və qiymətlərin qeydiyyatının aparılması üçün yekun siyahlların 2017-ci ilin aprel ayının sonuna qədər iştirakçı ölkələrə göndərilməsi,  may ayından etibarən isə rüblük  qaydada qiymatlarin müeşahidəsinin təşkil olunması və rübdən sonrakı iki ay ərzində məlumatların MDB Dövlətlərarası Statistika Komitəsinə təqdim olunması barədə qərar qəbul edilmişdir.

Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb

Cari ilin 10 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 797 min dollardan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yarım milyon dollardan çoxdur.

Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycan Moldovadan 4 milyon 395 min 23 dollardan çox dəyərdə məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 402 min 57 dollara yaxın dəyərdə məhsul ixrac olunub.

23.11.2018-ci il tarixində  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 29-cu iclası zamanı GUAM-ın rəqəmsal ticarət qovşağının yaradılması məsələsi müzakirə edilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəisi Oleq Semyenenko, Moldova Gömrük Xidməti Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitri Volovey və GUAM katibliyinin proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov iştirak ediblər.

İclasda Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 28-ci iclasının protokolu, eləcə də sözügedən layihənin GUAM-a üzv ölkələrdə icra vəziyyəti, GUAM-a üzv dövlətlərin baş nazirlərinin bu il oktyabrın 5-də Kişinyov şəhərində keçirilən görüşünün yekunları, GUAM çərçivəsində elektron-rəqəmsal imzanın tətbiqi və tanınması məqsədilə hüquqi bazanın yaradılması perspektivləri müzakirə olunub. Eyni zamanda, “GUAM-ın rəqəmsal ticarət qovşağı”nın yaradılması, tranzit, səlahiyyətli iqtisadi operatorlar və digər məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.Daha sonra iclasın yekun protokolu imzalanıb.

Moldova Biznes həftəsi  2018

27-29.11.2018-ci il tarixində Moldova Respublikasında İqtisadiyyat və İndfrastruktura Naziriliyi və  Moldova Respublikasının İnvestisiya Agentliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə 5-ci “Moldova Biznes həftəsi 2018” konfransı keçirilmişdir.Tədbir məlumat və təcrübə mübadiləsi üçün ən yaxşı illik platformadır. Bu,  ölkənin iqtisadi siyasətinin  inkişafının həyata keçirilməsinə xidmət edir və Moldova Respublikasının uyğuladığı  qlobal trendləri təbliğ edir. Tədbir ölkənin beynəlxalq səviyyədə imicinin artmasına kömək və dövlət və özəl sektor arasındakı dialoqun inkişafı, eləcə də yerli kompaniyaların rəqabət qabiliyyətinin artırılması,  exporta dəstək və xarici investisiyalaırn cəlb edilməsi üçün ən mühüm hadisələrdən biridir.

Bu ilki tədbir biznesi dəstəkləmək və milli və eləcə də beynəlxalq biznes cəmiyyəti üçün cəlb edici investisiya iqlimin inkişafı üçün Moldova Hökumətinin səylərini daha da möhkəmkləndirmişdir. Konfransın gündəliyinə interaktiv əlaqə vasitələri ilə (ikitərəfli forumlar, tədris səyahətləri, şəbəkə sessiyaları, pərakəndə/paylaşma seminarları, sərgilər) rallaşmış sektor siyasəti və proqresin təqdimatı daxildir.İlk dəfə olara bu ilki tədbirdə turizm sektoru gündəliyə salınmış və ölkə brendləri sırasında qlovbal trendlər səviyyəsinə qalxmışdır.2018-ci ildə BMT-nin dəstəyi  və rəhbərliyi ilə Moldova “Şərab Turizminin Dünya paytaxtına” çevrilmiş və 3-cü Qlobal Şərab Turizm Konfransını keçirmişdir ki, bu da dünya turizm xcəriətsi.

Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb

Cari ilin 11 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 5 milyon 442 min dollardan çox olub. Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 4 milyon 999 min 45 dollardan çox olub. Azərbaycandan Moldovaya isə 443 min 31 dollar dəyərdə məhsul ixrac olunub.

Cari ilin 28-29 noyabr tarixlərində Moldova Respublikasının Kişinau şəhərində Beynəlxalq Enerji Agentliyinin dəstəyi ilə Avropa İttifaqının “EU4 Enerji” Proqramı çərçivəsində “Ev təsərrüfatları sektorunda enerji səmərəliyi göstəricilərinin tərtib edilməsi üzrə texniki seminar” keçirilmişdir. Tədbirdə Beynəlxalq Enerji Agentliyinin, Xorvatiya Energetika İnstitutunun, həmçinin Azərbaycan, Belarus, Ukrayna, Moldova, Qazaxıstamn, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Ermənistanın energetika və statistika orqanlarının nümayəndələri iştirak etmişlər. Məqsəd Avropa İttifaqının “EU4 Enerji” Proqramı çərçivəsində Şərq Tərəfdaşlığı, Qafqaz və Mərkəzi Asiya ölkələrində enerjei məlumatlarının keyfiyyətinin, yayılmasının və istifadəsinin artırılmasında əldə olunan nailiyyətlər barədə məlumatların paylaşılması, həmçinin Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanmış və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan 30-dan çox ölkə tərəfindən istifadə olunan beynəlxalq formata uyğun ev təsərrüfatlarında istehlak edilmiş enerji məhsullarının istehlakına dair sorğunun nəticələrindən istifadəsi ilə bağlı statistika orqanlarına yardım göstərmək olmuşdur.Tədbiri Moldova Milli Statistika Bürosunun baş direktoru Vitalie Valkov açmışdır.

2019-cu ilin birinci rübündə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 1 milyona dollara yaxın olub.Hesabat dövründə Azərbaycan Moldovadan 835,1 min dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 95,6 min dollarlıq məhsul göndərilib.Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyona dollara yaxın olub. Hesabat dövründə Azərbaycan Moldovadan 1,2 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 115,6 min dollarlıq məhsul göndərilib.Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub. 

Cari ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyon dolları ötüb.Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri

2 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 253 min dollarlıq məhsul ixrac edilib.Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.