Ümumvətəndaş pasportlarına malik AR vətəndaşlarına münasibətdə vizasız rejim barədə

Makedoniya Respublikası Hökumətinin 13.03.2018-ci il tarixli qərarına əsasən, Makedoniya Respublikası həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbini birtərəfli qaydada ləğv etmişdir. Müvafiq vizasız gediş-gəliş rejimi  (hər 6 altı ay ərzində 3 ay qalma müddəti şərti ilə) 2018-ci ilin 16 mart tarixindən 2019-cu ilin 15 mart tarixinədək tətbiq olunacaqdır. 

EYNİ ZAMANDA QEYD EDƏK Kİ, Makedoniya Respublikası Hökumətinin 05.03.2019-cu il tarixli qərarı ilə həmin ölkəyə sədfər etmək istəyən AR vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimi  (hər 6 altı ay ərzində 3 ay qalma müddəti şərti ilə) 15.09.2019-cu il tarixinədək uzatmışdır. AR vətəndaşları 15.09.2019-cu il tarixinədək Şimali Makedoniya Respublikasına (hər 6 altı ay ərzində 3 ay qalma müddəti şərti ilə)  vizasız səfər edə bilər.

Şimali Makedoniya Respublikası Hökumətinin 10.09.2019-cu il tarixli qərarı ilə həmin ölkəyə səfər etmək istəyən AR vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqini 2020-ci ilin 15 mart tarixinədək uzatmışdır.AR vətəndaşları hər 180 gün ərzində 90 gün qalma müddəti şərti ilə 2020-ci ilin 15 mart tarixinədək Şimali Makedoniya Respublikasına vizasız səfər edə bilərlər.

Serbiya Respublikası  həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbini birtərəfli qaydada ləğv etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, müvafiq vizasız gediş-gəliş rejimi (hər 180 gün ərzində 90 gün qalma üddəti şərti ilə) 2018-ci ilin 2 iyun tarixindən etibarən tətbiq olunmaqdadır.

Monteneqro Hökumətinin 18 mart 2015-ci il tarixli qərarı ilə ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikası vətəndaşlarının 90 gün müddətində Monteneqroya vizasız giriş-çıxışı və tranzit keçid imkanı 2019-cu il ərzində də qüvvədə olacaqdır.

Malayziya Hökuməti Malayziyaya səfər etmək istəyən bütün növ pasportlara malik Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız tələbini ləğv etmişdir. Malayziyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları vizasız həmin ölkəyə daxil ola və orada 30 gün müddətində qala bilərlər.