2017-11-21
Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik olan Tribuna.md saytında "Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi" adlı analitik məqalə dərc olunub. Məqalədə Moldovanın Effektiv Siyasət institutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenkonun  Dağlıq Qarabağ ilə Dnestryanı münaqişələrinin oxşarlığı və müqayisəli analizi edilir.

R.Şevçenko 950-dən çox məqalə və monoqrafiyaların müəllifi olaraq, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və siyasi səbəblərinə toxunur. O, həm Dağlıq Qarabağda, həm Dnestryanı vilayətdə XIX-XX əsrin əvvəllərində milli azlıqların nümayəndələrinin bu ərazilərə qəsdən köçürülməsi, xüsusən ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktları istifadə edir.

Sonra müəllif Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələrini statistik məlumatlarla göstərir.

R.Şevçenko Beynəlxalq qurumlar və təşkilatların çoxsaylı qətnamələrinə baxmayaraq, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejiminin, o cümlədən Dnestryanı vilayətində onun "analoqunun" hələ də davam etdiyindən bəhs edir.

Sonda müəllif sübut edir ki,  separatizm özündə nəhəng faciələr, o cümlədən böyük insan itkiləri, iqtisadiyyatın dağılması, xalqlar üçün silinməz mənəvi travmalar ilə nəticələnir. Buna görə müəllifin sözlərinə görə ölkələr və xalqlar arasında sülhü qorumaq üçün istənilən dövlət separatizmə qarşı amansız mübarizə aparmalıdır.

Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://tribuna.md/ru/2017/11/20/ru-сепаратизм-как-главная-угроза-госуд/

Səfriliyin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər

bakushop_1