Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

Cari ilin 21-23 iyun tarixlərində Moldova Respublikasının Prezidenti cənab İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Prezidenti yaxın ətrafı ilə yanaşı, Qaqzuziya Muxtar Vilayətinin başkanı İrina Vlax , həmçinin sosialist partiyasının sədri Zinaida Qreçani də müşayiət etmişlər. Səfər zamanı Prezident Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oktay Əsədov və Nazirlər Kabinetinin sədri Artur Rasizadə ilə görüşmüşdür. Səfər çərçivəsində İrina Vlaxın təşəbbüsü ilə Azərbaycan Respublikasının Birinci xanımı və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ilə görüş olmuş, Zinaida Qreçaninin də təşəbbüsü ilə Azərbaycan Respublikasının hakim iqtidar partiyası-Yeni Azərbaycn Partiyasının rəsmisi Partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Sevinc Fətəliyeva ilə görüş keçirilmiş və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

24.05.2017-ci il tarixində Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Molodva Respublikasının parlamentində Azərbaycan Respublikası Milli Məclisin gənclər və idman  Komitəsinin sədri Fuad Muradov və digər deputatlar, həmçinin Azərbaycan Respublikasının Molodva Respublikasındakı Səfiri və Səfirliyin əməkdaşları, Moldova tərəfindən isə Parlamentin vise-spikeri Vladimir Vityuk , Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirinin müavini Lilan Dari və digər rəsmilərin iştirakı ilə tədbir keçirilmişdir.

  • 26-28 noyabr 1997-ci ildə - Moldova Respublikasının Prezidenti Petru  Luçinskiy Azərbaycanda rəsmi səfəri;
  • 26-27 oktyabr 2004-cü ildə Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri (səfər çərçivəsində 9 sənəd, o cümlədən Azərbaycan Respublikası Prezidenti və Moldova Respublikası  Prezidentinin Birgə Bəyannaməsi imzalanmişdir);
  •  21 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Moldovaya rəsmi səfəri (səfər zamanı 5 sənəd imzalanmışdır);
  • 16 iyun 2005-ci ildə Kiyevdə Ümumdünya İqtisadi Forumu tərəfindən keçirilmiş   növbədənkənar   "Dəyirmi   Masa"   çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Vladimir Voroninlə görüşü;
  • 21 iyul 2006-ci ildə Moskvada, MDB Dövlət başçılarının qeyri-rəsmi  iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Vladimir Voroninlə görüşü;
  • 23-24 aprel 2008-ci ildə Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycana rəsmi səfəri (səfər zamanı 3 saziş imzalanmişdır);
  • 9 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Moldovaya səfərləri;
  • 1 iyun 2011-ci ildə İtaliyada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşü (görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunmuş, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilmiş, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır);
  • 29-30 sentyabr 2011-ci ildə Varşava şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul etmişdir;
  • 24 aprel 2014-ci ildə Praqa şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşü;
  • 22-24 fevral 2007-ci ildə Hökümətlərarası Komissiyanın II iclasında iştirak etmək üçün Moldovanın Baş naziri Vasile Tarlev Azərbaycanda səfəri;
  • 18-19 iyun 2007-ci ildə Bakıda keçirilmiş GUAM Dövlət Başçılarının Zirvə toplantısında Moldovanın Baş naziri Vasile Tarlev iştirak etmişdir;
  • 17-19 yanvar 2012-ci ildə Moldova Respublikasının Baş naziri Vladimir Filat Azərbaycana rəsmi səfəri;
  • 20 fevral 2010-cu ildə Xarici İşlər naziri Elmar Məmmədyarov Roma şəhərində Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiyası Naziri Yuriye Lyanke ilə görüşü;
  • 25 fevral 2011-ci ildə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Kiyevdə keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Moldova Baş nazirinin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Yuriye Lyanke ilə görüşü (görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur);
  • 17-19 yanvar 2012-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində Moldova Respublikasının Baş naziri Vladimir Filat Xarici İşlər naziri Yuriye Lyarke müşayiət etmiş və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü;
  • 9 sentyabr 2014-cü il tarixində Prezident İlham Əliyev Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Nataliya Germanı qəbul etmişdir
  • 16 sentyabr 2016-cı ildə Bişkek şəhərində keçirilmiş MDB ölkələri sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüş keçirmişdir.

  • 07.04.2017-ci il tarixində MDB üzv dövlətlərinin XİN-lər Şurasının Daşkənddə keçirilmiş iclasında Azərbaycan Respublikası Xairic İşlər nazirinin müavini Xələf Xələfovla həmkarı Molodvva Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya nazirinin müavini Lillian Darinin təşəbbüsü ilə görüş keçirilmişdir.
  • 13-14.06.2017-ci il tarixlərində Kişineu şəhərində keçiriləcək dərman vasitələrinin qiymətləndirilməsi və dəyərinin ödənilməsi sahəsində informasiya şəbəkəsinin iclasında Azərbaycan respublikası Tarif Şurasının katibi İlkin Məcidov və Təhlil və tənzimləmə şöbəsinin Əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri Ceyhun Məmmədov iştirak edəcəkdir

  • Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Avropa Regional Komissiyasının 06-07.06.2017-ci il tarixlərində Kişineu şəhərində keçirilən 61-ci toplantısında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov iştirak etmişdir.
  • 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Sədaqət Vəliyeva Kişineu şəhərinə səfər etmişlər.
  • 02-05.07.2017-ci il tarixlərində Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri Kamran Əliyev və Əmir Orucəliyev Moldova Respublikasına səfər etmişlər
  • 10.07.2017-ci il tarixində Kişineuda keçirilmiş Şərq Tərəfdaşlıq Ölkələrinin 9-cu qeyri-rəsmi Dialoq görüşündə Azərbaycan Respubliaksı Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov iştirak etmişlər.

     
     

bakushop_1