Konsulluq bölməsi

AZƏRBAYCAN RESPUBLİKASINA GƏLƏN ƏCNƏBİLƏR və VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!!!!!

 

Maddə 20. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması

 

 20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

 20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

 Maddə 21. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması

 

 21.1. Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).[i]

 21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.[ii]

 21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

 21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

 21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

 21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;

 21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.

 21.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 21.8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

 21.9. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

 

 

Maddə 15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi

 

 15.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

 15.2. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar.

 15.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.[iii]

 15.4. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər.

 15.5. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər.

15.6. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda verilən səyahət sənədi onların ölkə hüdudlarından kənara çıxması üçün əsasdır.[iv]


Moldovada əcnəbilərin rejiminə dair

Moldova Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı  və bununla əlaqədar digər məsələlər üzrə məsul orqan Moldova Respublikası Daxili İşlər Nazirliyinin nəzdində olan Miqrasiya və qaçqınlar üzrə Bürodur.

Bu sahədə əsas qanun 16.07.2010-cu il tarixli “Moldova Respublikasında əcnəbilərin rejimi haqqında” qanundur.

Bu qanun əcnəbilərin Moldova Respublikasına gəlişini, Moldova Respublikasında qalmağı və qalma hüququnun artırılmasını, onların repatriasiyasını və sənədləşməsini həyata keçirir, ölkəyə gəlmə rejimini pozan zaman MR-in iştirakçısı olduğu b/x müqavilələrdən irəli gələn məcburi tədbirlər və immiqrasiya qeydiyyatı üzrə xüsusi tədbirlər görür”.

Moldova Respublikasına gələn istənilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs hava limanında sərhəd polisinin əməkdaşına ölkəyə gəlişinin məqsədi əsaslandıran sənədləri təqdim etməli, həmçinin MR-də qalmasını, eləcə də vətəndaşı olduğu ölkəyə və ya üçüncü ölkəyə gedəcəyi (əgər həmin ölkənin razılıq təminatı olduğu təqdirdə) zaman  təmin edəcək maliyyə vəsaitinin olması barədə sübutları təqdim edir.

 XƏBƏRDARLIQ: Moldova Respublikasına gələn əcnəbi (istər viza ilə gəlsin, istərsə də MR-lə vizasız gediş-gəliş ölkə vətəndaşı olsun) və vətəndaşlığı olmayan şəxslər əgər hava limanı vasitəsi ilə deyil, Moldova-Ukrayna sərhədindən- Moldova hökuməti tərəfindən nəzarət olunmayan Dnestryanı ərazisindən gəlirlərsə, o zaman mütləq 72 saat ərzində Moldova ərazisində miqrasiya bürosunun regionlardakı bölməsinə və ya birbaşa mərkəzi bölməyə yaxınlaşıb qeydiyyatdan keçməlidirlər.

 Əgər şəxs vizasız gediş-gəliş olan ölkələrin vətəndaşıdırsa və hava limanı vasitəsi ilə Moldovaya gəlibsə, 3 ay (90 gün) ərzində qeydiyyata düşmədən yaşaya bilər. Həmin müddət bitdikdən sonra ölkəni tərk edib, 3 aydan sonra yenidən qayıda bilər. Əgər qeyd olunan müddətdən artıq qalıbsa, ya cərimə olunur («Нарушение иностранцами правил пребывания в Республике Молдова, выражающееся в непокидании территории страны по истечении предоставленного срока пребывания, влечет наложение штрафа в размере от 50 до 100 условных единиц» Moldovanın hüquqpozmçaları haqqımnda Məcəklləsinin 133-cü maddəsinə əsasən) və ya pasportunda qeyd aparılır, yenidən Moldovaya gələn zaman ölkəyə bir müddət buraxılmır (5 il).

Hökumət tərəfindən təyin olunmuş aidiyyəti qurum Moldovada yaşayan əcnəbilərə aşağıdakı sənədəri verir: 1. müvəqqəti yaşayış icazəsi sənədi, 2.daimi yaşayış icazəsi sənədi, 3.vətəndaşlığı olmayan şəxs üçün şəxsiyyəti müəyyən edən sənəd və 4.Moldovada daimi yaşayış hüququ verilmiş vətəndaşlığı olmayan şəxs üçün səyahət sənədi.

Şəxsiyyəti müəyyən etmək üçün sənədin verilməsi məqsədi ilə ərizə əcnəbilərin işləri üzrə yaradılmış aidiyyəti qurumun tərkibində yaradılmış Vahid Pəncərəyə  (Miqrasiya və qaçqınlar üzrə Büronun nəzdində yaradılmış Vahid pəncərə) verilir.

Moldova ərazisinə qanuni yolla gəlib, lakin sonradan ölkədə yaşayış qanunlarını pozanlar ölkə ərazisindən kənara çıxarılır və ölkə ərazisinə yenidən daxil olmaq üçün bir müddət qadağa qoyulur. Həmin qadağanın müddəti “Moldova Respublikasında əcnəbilərin rejimi haqqında” qanunun 10-cu maddəsində aşağıdakı kimidir:

     а) 1 il- qeyri qeyri-qanuni qalmağa görə-3 aydan-1 ilə kimi;
    a1) 1 il- müvəqqəti qalma hüququnun verildiyi və ya uzadıldığına əsas olan məqsədə riayət olunmadığı halda;
     b)2 il- 1 ildən 2 ilə kimi qeyri-qanuni qaldığı halda;
   с)3 il- 2 ildən 3 ilə kimi qeyri-qanuni qaldığı halda;
   d) 5 il- 3 ildən artıq qeyri-qanuni qaldığı halda;
   е)3 il-qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olduqda;
   f)5 il- özü barəsində yanlış məlumat verdikdə;
    g)5 il --ölkədən çıxarıldıqda.

    (2) Könüllü şəkildə qayıtmaq üçün vəsatət qaldıran və ya öz maliyyə vəsaiti hesabına ölkəni tərk edən və sonradan əcnəbilərin işləri üzrə səlahiyyətli orqanı ölkədən çıxarılması üçün çəkilmiş xərcləri ödəməsi barədə məlumatlandırmış əcnəbilər üçün a-d bəndlərində göstərilmiş ölkəyə giriş qadağasının müddəti yarıya endirilir.

     (3)MR ərazisində bilərəkdən qəsdən ağır, çox ağır və ya ehtiyatsızlıqdan son dərəcə ağır cinayətlər törədən əcnəbilərə münasibətdə qadağa müddəti 5 ildir, əgər törədilmiş cinayətlər ictimai asayişə və ya milli təhlükəsizliyə ciddi təhlükə yaradırsa, qadağa müddəti 10 ildir.   

    (4) Moldova Respublikasına qeyri-qanuni gələn əcnəbilərə münasibətdə qadağa müddəti 5 ildir. 
    (5) MR ərazisindən dövlət hesabına çıxarılan əcbnəbilərin əvvəl qoyulmuş qadağa müddətinə 6 ay da əlavə olunur, bir şərtlə ki, həmin müddət ümumilikdə 5 ili, ictimai asayişə və ya milli təhlükəsizliyə ciddi təhlükə yaradan əcnəbilər üçün isə müddət 10 ili keçməməməlidir 
(6)  Yuxarıda qeyd olunan müddət MR vətəndaşları ilə və ya MR-də daimi qalma hüququ olan digər əcnəbilərlərlə nikahda olan və ya MR-də qalma hüququ olan şəxslərlə ortaq yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan uşaqları(valideynlik hüququndan məhrum olunmuş əcnəbilər istisna olmaqla) olan əcnəbilərə şamil olunmur.

Şəxsin ölkə ərazisinə girişinə qoyulmiş qadağa aşağıdakı hallarda aradan qaldırıla bilər:

  a) əcnəbi MR vətəndaşı ilə nikahdadırsa və bu nikah saxta deyilsə; 
  b) əcnəbi MR-də daimi qalma hüququ olan digər əcnəbi ilə nikahdadırsa və bu nikah saxta deyilsə;
   c) əcnəbi MR vətəndaşı ilə ortaq yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan uşaqlara sahibdirsə, onlar əcnəbinin himayəsindədirlərsə və ya onlara münasibətdə aliment ödəmə üzrə öhdəçiliyi varsa, hansı ki, əcnəbi müntəzəm olaraq ödəyir;

    d) əgər əcnəbi tanınma əsasında MR vətəndaşlığını əldə etmək hüququndan istifadə edirsə (иностранец пользуется правом на приобретение гражданства Республики Молдова вследствие признания).

 

Daimi qalmaq hüququnun verilməsi üçün müraciətin şərtləri:

1.Ərizəçi bu barədə şəxsən ərizə ilə əcnəbilərin işləri üzrə aidiyyəti orqana müraciət edir

2.Ərizə Moldovanın dövlət dilində tərtib olunur və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:ailə vəziyyəti haqqında VVAQ sənədi, həqiqi səyahət(sərhədkeçmə) sənədi, qanuni olaraq yaşayış yeri olmasını təsdiq edən sənəd, vətəndaşı olduğu ölkənin orqanı tərəfindən verilmiş məhkumluğun olmaması barədə arayış və ya ya belə hüquqi qüvvəsi olan digər sənəd, tibbi təminat haqqında sənəd.

3.Əcnəbilərin işləri üzrə aidiyyəti orqan ərizənin qeydiyyata alındığı gündən 90 günə qədər daimi yaşayış hüququnun verilməsi və ya imtina olunması haqqında qərar verir və bu barədə miqrasiya və sığınacaq sahəsində Avtomatlaşdırılmış inteqrasiya informasiya sistemində qeydlər edir.

Daimi qalma hüququ müvəqqəti qalma müddəti olan əcnəbiyə ərizəsi əsasında qeyri-müəyyən müddətə verilir (maddə 44). Aşağıdakı hallarda daimi qalma hüququ verilir:

а) MR ərazisində qanuni olaraq 3 ildən az olmayaraq müvəqqəti və ya fasiləsiz qalma hüququna malik və MR vətəndaşı ilə nikahda olan əcnəbilər

    b) MR ərazisində qanuni olaraq 5 ildən az olmayaraq müvəqqəti və ya fasiləsiz qalma hüququna malik digər kateqoriyalı əcnəbilər

    с) Yaşayış üçün kifayət qədər maliyə vəsaitinin olduğunu təsdiq edən əcnəbilər, bu MR vətəndaşı ilə nikhada olan əcnəbilərə şamil olunmur;

d) yaşayış sahəsinə malik olanlar;
   е) dövlət dilində qənaətbəxş şəkildə danışır

   f) hazırki qanunun 6-cı maddəsində nəzərdə tutulmuş MR ərazisinə giriş şərtlərinə əməl edir

    g) MR ərazisində qaldığı müddət ərzində MR ərazisinə girişinə qadağa qoyulmasına səbəb olacaq hazırki qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hallar aşkarlanmayıbsa

  h) son 3 il ərzində məhkum olunmamışdır(cinayət məsuliyyətinə cəlb edilməmişdir).

 (2) MR vətəndaşları ilə nikahda olan əcnəbilər, bir şərtlə nikahı qanuni şəkildə 3 ildən az olmamalıdır, əks halda b bəndi tətbiq olunur

    (3) MR ərazisində qalmasını dövlət maraqları tələb edən əcnəbilərə daimi qalma hüququ 1-ci bənddə nəzərdə tutulmuş şərtlər icra olunmadan da verilə bilər.

    (4) Hər iki valideyni MR-də daimi qalma hüququna malik olan yetkinlik yaşına çatmayan əcnəbi valideynləri ilə birlikdə(eyni vaxtda)  MR-də daimi yaşayış hüququ alır. Bu hüququ həmin şəxs valideynlərindən biri MR-də daimi qalma hüququna malik olduğu halda da ala bilər, əgər həmin valideynin himayəsindədirsə.

    (5) daimi qalma hüququ, həmçinin qüvvədə olan qanunvericilikdən irəli gələrək, sonradan tanınma nəticəsində MR vətəndaşlığını alma hüququna malik olan əcnəbilərə də verilir.

 

 

Müvəqqəti qalma hüququ aşağıdakı hallarda da verilə bilər:

 а) işə düzəlmə məqsədi ilə immiqrasiya;
 b) təhsil üçün;
 с) ailə ilə birləşmə məqsədi ilə

 d) humantar, könüllü  və ya dini fəaliyyət göstərmək məqsədi ilə

 e)tibb müəssisəsində uzunmüddətli müalicə, sanitar-kurort və ya səhhətinin bərpası ilə əlaqədar müalicə  üçün

 е1) insan alveri qurbanlarının müdafiəsi üçün;

   e2) ailə zorakılığı qurbanlarının müdafiəsi üçün

   f) Digər məqsədlər üçün, bir şərtlə, əcnəbinin fəaliyyəti MR-in qanunvericiliyinə zidd deyil və ya onun MR ərazisində olmasını ölkənin milli maraqları və ya milli təhlükəsizliyi tələb edir

    g) xarici investorlar.

QEYD:Azərbaycan Respublikası vətəndaşları Moldova ərazisinə gəlib və 3 ay müddətində büro miqrasiyada qeydiyyata düşmədən qala və geri qayıda bilərlər. Lakin əgər gələn şəxs Moldova ərazisində 3 aydan artıq yaşayacaqsa (bu müxtəlif səbəblərdən ola bilər: işləyəcəksə, təhsil və s.) bunun üçün mütləq iki aydan sonra büro miqrasiyaya müraciət edib qeydiyyata durmalıdır. Əcnəbilər müvəqqəti və ya daimi yaşayış üçün qeydiyyata alınırlar.

Əcnəbi əcnəbilərin işləri üzrə səlahiyyətli orqanın nəzdində olan vahid pəncərə sisteminə şəxsən ərizə ilə müvəqqəti qalma hüququnun verilməsi üçün müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 1.ümumvətəndaş pasportu (əsli və surəti),

2.daimi yaşayış yerinin olmasını təsdiq edən sənəd,

3.tibbi təminat

4.yaşamaq üçün maliyyə vəsaitinin olmasını təsdiq edən sənəd,

5.əcnəbinin vətəndaşı olduğu ölkənin dövlət orqanları tərəfindən tərcümə olunmuş və təsdiq olunmuş/apostil olunmuş məhkumluğun olmaması barədə arayış,

 6.ailə vəziyyəti barədə VVAQ sənədinin əsli və surəti.

 

Konsulluğun qəbul günləri

5 iş günü saat 10:00-dan -12:00-na qədərdir

Ünvan: Moldova, Kişinau şəhəri, Koqalniçanu 64

Telefon: 022232277, 022214209;  

Faks: 022227558

e-mail: chisinau@mission.mfa.gov.az