Moldovada əmək miqrasiyası və əməkçi miqrantlara dair

Moldova Respublikasında çalışan əcnəbi və vətəndaşlığı olmayan əməkçi miqrantlar- əmək miqrasiyasının yerli qanunvericiliklə tənzimlənmə qayda və mexanizminə dair

Arayış

Ümumiyyətlə, Moldova Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statutusu (eləcə də miqrasiya siyasəti) müvafiq daxili qanunvericilik aktları ilə tənzimlənir. Məs: 16.07.2010-cu il tarixli “Moldova Respublikasında əcnəbilərin rejimi haqqında” qanun (05.05.2017-ci il tarixində sonuncu dəyişiklik edilimişdir), 06.12.2002-ci il tarixli “Miqrasiya haqqında” qanun, 10.07.2008-ci il tarixli “Əmək miqrasiyası haqqında” qanun  və s. Qeyd edək ki, əmək miqrasiyası sahəsində əsas qanun “Əmək miqrasiyası haqqında” qanundur. Moldova Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı  və bununla əlaqədar digər məsələlər üzrə məsul orqan Moldova Respublikası Daxili İşlər Nazirliyinin nəzdində olan Miqrasiya və qaçqınlar üzrə Bürodur.

Həmin qanuna əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ölkə iqtisadiyyatının ehtiyaclarına uyğun olaraq Əmək, Sosial Müdafiə və Ailə Nazirliyinin təklifi ilə Hökumət tərəfindən hər il müəyyən edilmiş əmək miqrasiyası kvotası çərçivəsində əmək fəaliyyəti üçün Moldova Respublikasına köç edə bilərlər. Miqrantlar bir neçə qrupa bölünür: əmək miqrasiyası- Moldovanın vətəndaşlarının xaricdə könüllü olaraq xaricə getməsi, habelə xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti məqsədi ilə Moldova Respublikasının ərazisinə könüllü şəkildə daxil olmasıdır (трудовая миграция - добровольное перемещение граждан Республики Молдова за рубеж, а также добровольное прибытие иностранцев в Республику Молдова с целью осуществления временной трудовой деятельности); əməkçi immiqrant- Moldova Respublikası ərazisində müvəqqəti əmək fəaliyyəti hüququna malik olan əcnəbidir (трудящийся-иммигрант – иностранец, имеющий право осуществлять временную трудовую деятельность на территории Республики Молдова);
mövsümi işçi- Moldova Respublikası ərazisində / başqa bir dövlətdə müəyyən bir dövr üçün fərdi əmək müqaviləsi əsasında və ya təqvim ilinin müəyyən bir dövründə həyata keçirilən müəyyən bir işin əsasında işləyən şəxsdir (сезонный работник – иностранец/гражданин Республики Молдова, работающие на территории Республики Молдова/другого государства на основании индивидуального трудового договора, заключенного на определенный срок или для определенной работы, осуществляемой в определенный период календарного года). Həmin qanunun 2-ci maddəsi-Bu qanun immiqrant işçiləri tərəfindən müvəqqəti iş fəaliyyətinin həyata keçirilməsini, əmək haqqının verilməsi, yeniləşdirilməsi və bərpası şərtləri, müvəqqəti qalma hüququ, eləcə də xaricdə Moldova vətəndaşlarının müvəqqəti işləməsi üçün şəraiti tənzimləyir (Настоящий закон регулирует осуществление временной трудовой деятельности трудящимися-иммигрантами, условия предоставления, продления и отзыва права на трудовую деятельность и права на временное пребывание с целью трудовой деятельности, а также условия временного трудоустройства граждан Республики Молдова за рубежом). 3-cü maddəsi: Bu Qanun müvəqqəti əmək fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Moldova Respublikası ərazisinə gələn fiziki və mülkiyyətin təşkilati-hüquqi forma və növündən asılı olmayaraq hüquqi şəxslərə ictimai idarəetmə orqanlarına, müvəqqəti olaraq iş məqsədi ilə xaricə emiqrasiya edən Moldova vətəndaşlarına tətbiq edilir (Действие настоящего закона распространяется на иностранцев, прибывших на территорию Республики Молдова с целью осуществления временной трудовой деятельности, на физических лиц и на юридические лица независимо от организационно-правовой формы и вида собственности, на органы публичного управления, на граждан Республики Молдова, которые временно эмигрируют за рубеж с целью трудоустройства). Bu kateqoriyaya diplomatik nümayəndəlik heyəti, tələbələr, jurnalistlər, Moldova ərazisində daimi yaşayan əcnəbilər və s. daxil deyildir. Əməkçi miqrantlara ölkə iqtisadiyyatının müvafiq sahələrində tələbat olduğu halda, icazə verilir. Fərdi əmək müqaviləsi əsasında işə gəlmiş əcnəbilər yalnız bir işə götürən tərəfindən işə götürə bilərlər və yalnız işə götürənin ərazi işəgötürmə orqanında qeydiyyatdan keçmiş vakant iş yerlərini tuta bilərlər. Əcnəbilər müvəqqəti yaşamaq icazəsi əsasında Moldova Respublikasının ərazisində əmək fəaliyyətini həyata keçirirlər. Əməkçi miqrantların qeydiyyatı Əhalinin Milli İş Təşkilatı (bundan sonra Milli Agentlik) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir(Учет трудящихся-иммигрантов ведется Национальным агентством занятости населения (далее – Национальное агентство) в установленном порядке). (4-cü maddə). Əcnəbiyə işləmək hüququ Milli Agentliyin işləmək haqqında verdiyi qərar əsasında verilir. Müvəqqəti olaraq işləmək məqəsdi ilə ölkəyə gəlmiş əcnəbilərə müvəqqəti qalma hüququ əcnəbilər üçün səlahiyyətli orqan tərəfindən verilmiş əmək fəaliyyəti haqqında qərar əsasında verilir (Право на трудовую деятельность предоставляется иностранцу решением о предоставлении права на трудовую деятельность, издаваемым Национальным агентством. Право на временное пребывание с целью трудовой деятельности предоставляется решением о предоставлении права на временное пребывание с целью трудовой деятельности, издаваемым компетентным органом по делам иностранцев). Əmək fəaliyyətinə icazə verilməsi haqqında qərar müvəqqəti qalma hüququnun verilməsinə dair qərarın verilməsi üçün əsasdır. Əmək fəaliyyəti və əmək fəaliyyəti məqsədi ilə müvəqqəti qallma hüququ aşağıdakı kateqoriyalı şəxslərə verilir:            a) əməkçi miqrantlara; b) səyyar işçilərə; c) mövsümi işçilərə; d) sərhədyanı işçilərinə; e) digər kateqoriyalı şəxslərə (bu sahədə MR-lə digər dövlətlər arasında imzalanmış ikitərəfli müqavilələr). İşləmək hüququ və əmək fəaliyyəti məqsədi ilə müvəqqəti yaşamaq hüququ Moldova Respublikasının təhsil müəssisələrində təhsil alan yetkinlik yaşına çatmayanlara və immiqrantlara verilmir (Право на трудовую деятельность и право на временное пребывание с целью трудовой деятельности не предоставляются несовершеннолетним и иммигрантам, зачисленным в учебные заведения Республики Молдова, на срок обучения). Təhsil məqsədi ilə müvəqqəti yaşamaq hüququ olan əcnəbilər, əmək qanunvericiliyinə uyğun olaraq, Moldova Respublikası ərazisində həftədə 10 saatdan çox olmayan müddətə və ya bir il müddətinə bərabər əmək fəaliyyətini həyata keçirə bilərlər. İlkin şərtlər gözlənildiyi halda, əmək fəaliyyəti müddəti və bunun üçün müvəqqəti qalma müddəti uzadıla bilər. Şəxsə işləmək hüququ verən qərarın ləğvi barədə qərar qüvvəyə mindikdə, bu məqsədlə verilmiş müvəqqəti yaşamaq hüququ ləğv edildikdə və ya müddəti bitdikdə, qərar verildiyi andan etibarən öz qüvvəsini itirir (Право на трудовую деятельность и право на временное пребывание с целью трудовой деятельности прекращают свое действие с момента издания решений об отзыве соответственно права на трудовую деятельность и права на временное пребывание с целью трудовой деятельности или по истечении срока или при аннулировании временного вида на жительство с целью трудовой деятельности). Əcnəbi müvəqqəti qalma müddəti bitənədək digər işə götürən şəxslə işləmək üçün vəsatət qaldıra bilər(5-ci maddə). Əcnəbini işə götürən təşkilat və ya müəssisə rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi şəxsə müvəqqəti qalma icazəsi, şəxsi işə götürmək və ya iş müddətini uzatmaq üçün  bu Qanunla nəzərdə tutulmuş sənədləri əcnəbilərin işləri üzrə səlahiyyətli orqanın çərçivəsində vahid pəncərəyə təqdim edir. (Руководитель предприятия/организации/учреждения или его уполномоченный представитель подает в  Единое окно документирования иностранцев в рамках компетентного органа по делам иностранцев документы, предусмотренные настоящим законом, для предоставления/продления права на трудовую деятельность и права на временное пребывание с целью трудовой деятельности).Milli agentlik vəsatətə baxdıqdan sonra şəxsin işə götürülməsi barədə müsbət və ya rədd qərarı çıxarır və onu əcnəbilərin işləri üzrə səlahiyyətli orqana göndərir. Həmin orqan şəxsin müvəqqəti qalması barədə Milli Agentliyin verdiyi qərar əsasında qərar verir və qərar müsbətdirsə, şəxsə müvəqqəti qalma hüququ verir. İşə götürən mütləq vakant iş yerləri barədə ərazi agentliklərində məlumatlar yerləşdirməlidir. Əgər onlar 5 iş günü  müddətində yerli işçilər tapmasa, işə götürən Milli agentliyə müraciət edir. Əcnəbi işçilərin 90 günü keçməklə ölkəyə gətirilməsi üçün işə götürən və ya onun səlahiyyətli nümayəndəsi Milli Agentliyin razılığını almaq məqsədi ilə ora müraciət edir və bu zaman aşağıdakı sənədləri təqdim edir:a)əcnəbinin dəvət olunmasının vacibliyi barədə vəsatət; b)vakant iş yerlərinin təklif olunması barədə qeydiyyat və bu barədə nəşr olunmuş elanın surəti; c)təşkilatın və ya müəssisənin yaradılması barədə sənədlərin (qeydiyyatdan keçmə barədə şəhadətnamə, Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) surətləri; d) fərdi əmək müqaviləsi layihəsi. Hökumət və ya dövlətin mərkəzi xüsusi ixtisaslaşdırılmış orqanları tərəfindən dəvət olunmuş əcnəbilərə münasibətdə, bu sahədə Moldova Respublikası tərəfindən qəbul edilən müqavilələr əsasında gəlmiş mütəxəssislər, eləcə də milli iqtisadiyyat üçün maraq kəsb edən investisiya layihələri çərçivəsində Moldovaya işləmək üçün gələn əcnəbilərə münasibətdə Milli Agentliyin razılığı tələb olunmur, bir şərtlə onlar barəsində İqtisadiyyat Nazirliyinin təsdiqi olmalıdır. Milli Agentlik işə götürənin vəsatətinə 30 təqvim günü müddətinə baxır və aşağıdakı hallarda rədd cavabı verilir:a) yoxlamanın nəticəsi olaraq onun təqdim etdiyi sənədlər müəyyən edilmiş normadan kənara çıxdıqda və ya qeyri-dəqiq məlumatlar verildiyi müəyyən edildikdə; b)işə götürən vakant iş yerləri üçün yerli işçilər barədə ərazi agentliklərinə müraciət etmədikdə; c) hüquqi şəxs ləğv edildikdə. Bu barədə 5 iş günü müddətində Milli Agentlik aidiyyəti üzrə yazılı şəkildə səbəbləri də göstərilməklə məlumat verir.Qərar müsbət olduğu halda, həmin şəxslər uzunmüddətli viza alırlar. İşə götürən əməkçi miqrantı əvvəlcədən iş rejimi, əmək haqqı, yaşayış yeri və s. barədə məlumatlandırır. Əmək fəaliyyəti və müvəqqəti qalmaq üçün icazə almaq məqsədi ilə işə götürən və ya onun səlahiyyətli nümayəndəsi aşağıdakı sənədləri təqdim edir:a) müəssisə və ya təşkilatın iş icazəsi üçün Milli Agentliyə, müvəqqəti qalma üçün isə əcnəbilərin işləri üzrə səlahiyyətli orqana vəsatəti; b)əməkçi miqrantın anketi; c)Milli Agentlik tərəfindən verilmiş müsbət qərarın surəti;d) Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, mümkün halda fəaliyyət göstərməsinə icazə/lisenziya;e) sonuncu fəaliyyət dövrü üçün maliyyə hesabatının surəti, əgər üç aydan artıqdırsa; f)əmək fəaliyyət dövrünü keçməyəcək müddətə bağlanılmış fərdi əmək müqaviləsi, əcnəbinin iqtisadiyyat üzrə hesabat ili üçün proqnazlaşdırılmış orta aylıq əmək haqqından aşağı olmayan aylıq əmək haqqı göstərilməsi şərti ilə; g) fəaliyyətdə olan qanunvericiliyə uyğun olaraq əcnəbinin şəxsiyyətini təsdiq edən sənədinin sərhəddən keçmə barədə qeydlərlə birlikdə surəti;      h) təhsil sənədinin və ya işə dəvət olunan mütəxəssisin ixtisas səviyyəsini təsdiq edən sənədin surəti və ya mövcud dövlət qanunvericiliyinə uyğun olaraq qanuniləşdirilmiş və ya apostil edilmiş dövlət dilində və əgər əcnəbi ölkədə təhsil  və ya səhiyyə sahəsində işə götürülmüşsə - həm də Moldova Respublikasının səlahiyyətli orqanlarının qərarı; k) iki ədəd 30*40 mm ölçüdə rəngli fotoşəkil. Onu da qeyd edək ki, idman sahəsində əmək qabiliyyətli işçilərə işləmək hüququ və müvəqqəti yaşamaq hüququ, əmək miqrasiyası şərtləri və əmək haqqı verilməsi Milli Agentliyin razılığı olmadan həyata keçirilir. İşə götürən əməkçi miqrantın iş müddətini və ölkədə qalma müddətini uzatmaq məqsədi ilə əvəlki müddətin bitməsinə 30 gün qalmış aşağıdakı sənədləri təqdim edir: a) iş icazəsi üçün Milli Agentliyə və müvəqqəti qalma üçün əcnəbilərin işləri üzrə səlahiyyətli orqana vəsatət; b)iş məqsədi üçün gəlmiş əcnəbinin müvəqqəti qalma sənədinin surəti. Qeyd edək ki, ölkədə yaradılan xarici təşkilat və ya müəssisə üçün Milli Agentliyin icazəsi tələb olunmur. Təsisçilərə, səhmdarlara, həmçinin aşağıdakı məbləğdə sərmayə qoymuş müəssisələrin rəhbərlərinə: 
    a) 100 min ABŞ dollarından az olmayan, lakin 200 min ABŞ dollarından çox olmayan, sərmayə qoyana əmək fəaliyyəti və müvəqqəti qalma hüququ (əmək fəaliyyəti məqsədi ilə) iki il  müddətinə, yeni bir müddət üçün yeniləmə imkanı ilə; 
    b) 200 min ABŞ dollarından az olmayan, lakin 500 min ABŞ dollarından çox olmayan, sərmayə qoyana əmək fəaliyyəti və müvəqqəti qalma hüququ (əmək fəaliyyəti məqsədi ilə) üç il müddətinə, yeni bir müddət üçün yeniləmə imkanı ilə;
    c) 500 min ABŞ dollarından az olmayan, lakin 1 mln ABŞ dollarından çox olmayan, sərmayə qoyana əmək fəaliyyəti və müvəqqəti qalma hüququ (əmək fəaliyyəti məqsədi ilə) beş il müddətinə, yeni bir müddət üçün yeniləmə imkanı ilə,  lakin milli şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddətini keçməməsi şərti ilə;

  1. d) 1 mln ABŞ dollarından çox qoyana əmək fəaliyyəti və müvəqqəti qalma hüququ (əmək fəaliyyəti məqsədi ilə) 10 il müddətinə verilir.

Moldova Respublikasının 2 iyun 2000-ci il tarixli 1024-XIV saylı Vətəndaşlıq haqqında Qanununun 17-ci maddəsinin (12) hissəsinə əsasən, hökumət tərəfindən təsdiq edilmiş minimal məbləğdə Moldova Respublikasına sərmayə qoyan müəssisələrin təsisçiləri, səhmdarı və menecerlərinə əmək fəaliyyəti və müvəqqəti qalma hüquqları yeni bir müddət üçün yenilənmə şərti ilə 5 il müddətinə verilir.

Miqrasiya haqqında qanuna (06.12.2002) əsasən: Müvəqqəti immiqrasiya şəhadətnaməsi aşağıdakı kateqoriyalı şəxslərə verilir (24-cü maddə): (а) əməkçi miqrantlara – bir il müddətinə, müraciət edən şəxsin ərizəsi üzrə yenilənmə imkanı ilə;
  b) 100 min ABŞ dollarından az olmayan xarici investisiya qoyan müəssisə təsisçisi və vəzifəli şəxslər (rəhbər və müavinlər) tərəfindən göstərilmiş 5 il müddətindən çox olmamaqla, onlar üçün uzadılmaq imkanı ilə;
  с) MR təhsil müəssisələrində bütün təhsil müddəti ərzində qeydiyyatda olan miqrantlara;
  d) MR-ə yaxın qohumlarının yanına gələn yetkinlik yaşı çatmayanlara, valideynlərinin notarial təsdiq olunmuş razılığı  olmaq şərti ilə 3 ilə qədər.
   (5) ölkədə xüsusi ehtiyac duyulan miqrantlara, mərkəzi dövlət idarəetmə orqanlarının təklifi ilə Hökumət tərəfindən dəvət olunan yüksək ixtisaslı mütəxəssislərə daimi immiqrasiya sertifikatı verilir.
  (6) Ailə miqrasiyası çərçivəsində MR-ə gələn miqrantlara daimi miqrant şəhadətnaməsi verilir. Həmin şəxsin xahişi əsasında müvəqqəti miqrasiya şəhadətnaməsi 3 il müddətinə verilə bilər.
  (7) Miqrasiya şəhadətnaməsi yaşayış yeri haqqında arayışın verilməsi üçün əsas hesab olunur.

25-ci maddə. İş icazəsi

  (1) Əmək fəaliyyətini həyata keçirmək üçün miqrant mütləq Miqrasiay Departamentində iş icazəsi  almalıdır.  (2) İş icazəsi almaq üçün işə götürən və ya miqrant vəsatətlə Miqrasiya Departamentinə müraciət  etməlidir.  (3) İş icazəsi iki formada verilir: müvəqqəti və daimi.

  Müvəqqəti iş icazəsi verilir:

  а) əməkçi (çalışan) miqrantlara -  bir ilə qədər verilir,şəhadətnamə sahibinin müraciəti əsasında yeni müddətə uzadıla bilər;
  b) MR-ə özləri tərəfindən göstərilmiş və 5 ildən çox olmayan müəyyən müddətə gələn xarici invenstisiyası  100 min ABŞ dollarından aşağı olmayan müəssisə təsisçisi və müəssisənin vəzifəli şəxslərinə (rəhbər və müavinlərinə), həmin müddətin uzadılma imkanı da var

  с) MR-in sərhədlərindən kənarda daimi yaşayan və onun sərhəd ərazilərinə sərhəd miqrasiyası çərçivəsində gələn işçilərə bir il müddətinə qədər və onun ərizəçinin müraciəti əsasında uzadılma ehtimalı ilə verilir (əgər MR-in iştirakçısı olduğu b/müqavilələrdə başqa hal nəzərdə tutulmayıbdırsa)  (5) Əməkçi miqrantlara müvəqqəti iş icazəsi Hökumət tərəfindən müəyyən edilmiş qaydada verilir. İmmiqrasiya şəhadətnaməsinin verilməsi və ləğv edilməsi qaydası, iş icazəsi və repatrasiyanın  təsdiqlənməsi Hökumət tərəfindən təsdiq edilmiş qayda ilə tənzimlənir.

   Əmək miqrasiyası haqqında 10.07.2008-ci il tarixli qanunun 14-cü maddəsinə əsasən: Əməkçi miqrantların hüuq və öhdəlikləri:    (1) Əməkçi miqrantlar bu sahədə MR-in qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan isitfadə edirlər. İş icazəsi verilməsi və ya uzadılması ilə bağlı vəsatətlərinə baxılması üçün əcnəbilər MR-in 03.12.1992-ci il tarixli, 126-XII saylı Dövlət rüsumu haqqında qanununda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəyirlər.

        Əmək miqrasiyası haqqında qanunun 24-cü maddəsinə əsasən,

1) Əmək miqrasiyası sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarəti və yoxlaması  Milli agentlik, Əmək Müfəttişliyi, əcnəbilərin işləri üzrə səlahiyyətli orqanlar və Lisenziyalaşdırma Palatası tərəfindən öz  səlahiyyətləri çərçivəsində həyata keçirilir.
  2) Hazırki qanunun müddəalarının tətbiq olunması məqsədi ilə 1-ci bənddə adları çəkilən orqanlar aşağıdakı xüsusi öhdəliklərə malikdirlər:
    a) əcnəbilərin işləri üzrə səlahiyyətli orqan əməkçi əcnəbilərin MR sərhədlərini qeyri-qanuni keçməsinə nəzarəti təmin edir;

  1. b) Əmək Müfəttişliyi əməkçi miqrantların əmək müqaviləsinin şərtlərinə əməl olunmasına nəzarəti təmin edir;
        c) Lisenziyalaşdırma Palatası Milli Agentliklə birlikdə lisenziyalaşdırma şərtlərinə əməl olunmasına nəzarəti təmin edir.
            3) Yoxlamanın nəticəsi olaraq iki nüsxədə protokol tərtib olunur, bir nüsxə sahibkarlıq subyektinə verilir, digər nüsxə isə Milli Agentlikdə saxlanılır.
        4) Lisenziyaçı tərəfindən qanunvericilik və lisenziyalaşdırma şərtlərinin pozulması üzə çıxdığı halda nəzarət edən orqan bu faktı təsdiq edən sənədlərlə birlikdə Lisenziyalaşdırma Palatasını məlumatlandırır.
     5) Hökumət əməkçi miqrantların hüquqlarının müdafiəsi məqsədi ilə məlumat mübadiləsi həyata keçirir və həmkarlar ittifaqları və patronajlarla qarşılıqlı əlaqələr qurur(Правительство осуществляет обмен информацией и взаимодействует с профсоюзами и патронатами в целях обеспечения защиты прав трудящихся-мигрантов).

Mövcud qanunvericiliyə əsasən, məşğulluq məqsədilə müvəqqəti qalma hüququnun verilməsi şərtləri : 1.ərizə forması;2.hüquqi şəxsin vəsatəti;3.sərhəd nəzarət orqanının müvafiq qeydləri (dövlət sərhədini keçmə vaxtı və yeri təsdiq edən) olan pasportun surəti və əsli, uzun müddətli qalma üçün viza surəti (ölkəyə viza əsasında gələn əcnəbilər üçün);

4.Əhalinin məşğulluğu üzrə Milli Agentliyin təsisçi istisna olmaqla, işçi miqrantın müvəqqəti işə düzəlməsinin vacibliyi barədə qərarı (Заключение Национального агентства занятости населения о необходимости временного трудоустройства рабочего иммигранта, за исключением учредителя);
5.Təsis sənədlərinin (hüquqi şəxslərin reestrindən çıxarış, əmək fəaliyətinin həyata keçirilməsi barədə lisenziya) surətləri;
6.fərdi əmək müqaviləsinin surəti (Копия индивидуального трудового договора, за исключением администратора);
7.müəssisənin fəaliyyətini təsdiq edən sənədlər (son fəaliyyəti dövründə mühasibat hesabatı);
8.işçi miqrantın ixtisasını təsdiq edən diplomun leqalaşdırılmış, apostil olunmuş, dövlət dilinə çevrilmiş surəti (Копию диплома или документа, подтверждающего специальность рабочего имигранта легализованного, с проставленным апостилем и переведенного на государственный язык, за исключением администратора);
9.yaşayış yerinin olmasının təsdiqi (yaşayış sahəsinin sahibinin notarial qaydada təsdiqlənmiş bəyannaməsi, alqı-satqı haqqında müqavilə);
10.vətəndaşı olduğu ölkədə məhkum olmamasl barədə leqallaşdırılmış və apostil olunmuş, Moldova dövlət dilinə çevrilmiş, konsulluq və ya notarius tərəfindən təsdiq olunmuş arayış;   11.qan qrupu;
12.etibarlılıq müddəti 3 aydan az olmayan tibbi sığorta haqqında sənədin surəti;

13.Müvəqqəti qalma müddəti verilməsi üçün müraciət edən şəxsin məqsədinə uyğun olaraq, maddi imkanlarının mövcudluğu;
14. 2 ədəd rəngli fotoşəkil  (3х4).

Sənədlər MR-də yaşama icazəsinin bitməsinə 30 gün qalmış  verilir. Sənədlərin verilmə müddətinin pozulması MR-in hüquqpozmaları haqqında Məcəlləsinin 333-cü maddəsinə əsasən məsuliyyət daşıyır. Ərizə təqdim edərkən iki eyni sənəd paketi təqdim olunur.

Bundan əlavə qeyd edək ki, Fərdi əmək müqaviləsinin bir sıra məcburi şərtləri var. Fərdi əmək müqaviləsində aşağıdakı məlumatlar göstərilir:a)müqavilənin bağlanıldığı tarix və yer, qüvvəyə mindiyi tarix;    b)  əcnəbi işə götürən və ya vasitəçi barədə məlumatlar  (müəssisənin adı və hüquqi ünvanı, qeydiyyat nömrə və tarixi, işə götürənə icazə/lisenziya verən dövlət orqanının adı, məsul şəxsin ad və vəzifəsi);
    с) əməkçi miqrant haqqında məlumatlar (soyadı və adı, doğum yeri və təvəllüdü, vətəndaşlığı və daimi yaşayış yeri, ailə vəziyyəti, pasport nömrəsi, təhsili, ixtisası, hansı ki işə düzəlir, fəaliyyət sahəsi).
   2. "İşəgötürənin öhdəlikləri" bölməsinə daxildir:
    а) işçinin əməyi qarşılığında ödəniş və onun şərti rəqəmlərlə ekvivalenti, işə görə iş saatları çərçivəsində (gündə 8 saat) əmək haqqı ödənişinin müddəti və  ödənilmə qaydası, mümkün halda iş saatlarından artıq müddətdə, gecə saatlarında, əlverişsiz şərait və şərtlərdə görülmüş əməyə görə verilmiş əmək haqqının ödənilməsi barədə, istirahət və bayram günlərində işlətməyə görə təzminat; 
    b) qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər illik ödənişli məzuniyyət, mükafatlandırma, предусмотренные;
    с) gəldiyi ölkədən təyinat ölkəsinə köçən zaman nəqliyyat xərclərini əhatə edən prosedur qaydası;
    d) sanitar normalara cavab verən yaşayış yeri və qidalanma ilə təminat;
    е) tibbi sığorta (müddəti, kim ödəyir, hansı ölkənin ərazisində);
    f) istehsalatda bədbəxt hadisələrdən sığortalanma, istehsalatda baş vermiş bədbəxt hadisələr zamanı dəymiş ziyan və zərərin qaradan qaldırılması, zərərçəkənin və ya vəfat edənin gəldiyi ölkəyə göndərilməsi, istehslatdakı bədbəxt hadisələrin  və professional xəstələnmələrin tədqiqatı, müvafiq sənədlərin tərtib olunması və əcnəbi işçinin gəliyi ölkənin akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluğna göndərilməsi. 
   3. Çalışan işçinin öhədlikləri:
    а) təyinat ölkəsinin qanunvericiliyinə riayət olunması;
    b) daxili iş cədvəlinə əməl olunması, maddi dəyər və sənədlərin tərtib olunmuş qaydasına siyaət olunması

    с) iş nizam-intizamına əməl olunması, əməyin qorunması qayda və texnoloji nizam-intizamın gözlənilməsi;
    d) işə götürənin işə adi gösətrişlərinin  yerinə yetirilməsi;
    е) təyinat ölkəsinin qanunvericiliyində nəzərdə tutulmuş qaydada texnoloji və kommersiya sirrlərinin müəyyən çərçivədə saxlanılması;
    f) işə götürənə vurduğu ziyana görə maddi öhdəlik. 
    4. Ümumi şərtlərə daxildir:
    а) əmək müqaviləsinin müddəti bitənədək uzadılması və ya ləğvi şərtləri;
   b)qazanılmış vəsaitlərin köçürülməsi;
    с) fərdi əmək müqavləsinin şərtlərinə əməl edilməsinə görə tərəflərin məsuliyyəti, mübahisələrin həlli qaydaları;
    d) əmək haqqından vergi və kəsmələrin məbləği;
    е) fərdi əmək müqaviləsinin fəaliyyət müddəti, əmək münasibətlərinin başlanması və bitməsi.

bakushop_1