Makedoniyaya vizasız gediş-gəliş

Makedoniya Respublikası Hökumətinin 13.03.2018-ci il tarixli qərarına əsasən, Makedoniya Respublikası həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbini birtərəfli qaydada ləğv etmişdir. Müvafiq vizasız gediş-gəliş rejimi  (hər 6 altı ay ərzində 3 ay qalma müddəti şərti ilə) 2018-Cİ İLİN 16 MART TARİXİNDƏN 2019-CU İLİN 15 MART TARİXİNƏDƏK TƏTBİQ OLUNACAQDIR.