Ümumi məlumat və Vəətndaşlıq mənsubiyyəti

1.  Azərbaycan Respublikasının vətəndaşlığının tanınması əsasları

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna uyğun olaraq, həmin Qanun qüvvəyə mindiyi  günədək  Azərbaycan  Respublikasının vətəndaşlığında  olmuş  şəxslər  (əsas:  şəxsin,  qanun qüvvəyə minənə qədər Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatda olması), 1992-ci il yanvar ayının 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar və həmin qanuna əsasən vətəndaşlığı qəbul etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər.

 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu (ümumi, xidməti və diplomatik) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdir.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu (ümumi, xidməti və diplomatik) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdir. (Ərizə-anket əlavə olunur, PDF variantında əldə edə bilərsiniz Anket)