ÜMUMVƏTƏNDAŞ PASPORTU

Ümumvətəndaş pasportu haqqında

Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Ümumvətəndaş pasportu Azərbaycan Respublikasının mülkiyyətidir. Onun qəsdən korlanması, habelə etinasızlıq üzündən itirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaradır.    
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə Ümumvətəndaş pasportunun TƏSVİRİ və SPESİFİKASİYASI təsdiq edilmişdir.  

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.

2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir.

3. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN” sözləri, aşağıda alt-alta, “PASPORT/ PASSPORT” sözləri yazılır, ortada Azərbaycan Respublikasının Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

4. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur.

5. Pasportun tipindən asılı olaraq onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

    5.1. Ümumvətəndaş pasportunda:  “Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.  Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages. 

6. Pasportun küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.

7. Pasportun üz qabığı və daxili səhifələri üçün istifadə olunan kağız ultrabənövşəyi şüanı əks etdirmir.

8. Pasportun üz qabığı yüksək keyfiyyətli akril materialındandır.

9. Pasportun üz qabığının ikinci və üçüncü səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir. Onun hər kvadrat metri 120 qramdır. Pasportun üz qabığı yüksək temperatura, köhnəlməyə, cırılmaya, kimyəvi maddələrin təsirinə, rütubətə davamlıdır və ekoloji cəhətdən təhlükəsizdir. Pasportun üz qabığının ikinci və üçüncü səhifələrində ultrabənövşəyi spektrdə görünən liflərdən, gilyoşdan, mikromətndən, göy qurşağı üsulu ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və ultrabənövşəyi çapdan istifadə olunur.

10. Pasportun daxili birinci və ikinci səhifələri (məlumat səhifələri) yüksək keyfiyyətli 100 faizli polikarbonat materialından hazırlanır. Polikarbonat materialı şəffafdır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, pasport sahibinin üzünün təsvirini keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

11. Pasportun daxili ikinci səhifəsində pasport sahibinin üzünün təsvirinin qorunmasını təmin edən elementlərdən, optik dəyişən rəngli boyadan, kineqramdan, gilyoşdan, mikromətndən, relyefli çapdan, göy qurşağı üsulu ilə çapdan, lazer həkketmə texnologiyasından, optik dəyişən elementlərdən və ultrabənövşəyi çapdan istifadə olunur.

12. Pasportun daxili kağız səhifələrində sıra nömrəsi müxtəlif üsullarla əks etdirilir.

13. Pasportun nömrəsi daxili 3-cü səhifədən başlayaraq, bütün daxili səhifələrin və üz qabığının üçüncü və dördüncü səhifələrinin yuxarı orta hissəsində konusvari deşilmə üsulu ilə əks etdirilir.

14. Pasportun məlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olan elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıda (çipdə) “Рasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri və hər əlindən bir barmaq izi yerləşdirilir.

15. Elektron daşıyıcıda məlumatların saxlanılma müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.

 

DİGƏR BÖLMƏ: 

Pasportların verilməsi qaydaları

18-35 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Şəxsiyyət vəsiqəsi;

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqedici sənədlər;
 
- Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

- Təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

- Qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödənilən dövlət rüsumunun məbləğinə uyğun olaraq 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşı tamam olmuş şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 10 iş gününə - 40 manat;
  • 5 iş gününə - 80 manat;
  • 1 iş gününə - 160 manat.  (ÖLKƏ XARİCİNDƏ İSƏ DÖVLƏT RÜSUMU 55$) 

Qeyd: Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda xəta müəyyən olunduqda, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
 
Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun olan müddətdə hazırlanılır və hazır olduqda vətəndaşa bu barədə bildiriş mesajı göndərilir. Vətəndaşlar ümumvətəndaş pasportunu təhvil almaq üçün həftənin istənilən günü şəxsiyyət vəsiqəsilə idarəyə yaxınlaşa bilərlər.

DİGƏR BÖLMƏ:

Verilməsinə görə rüsumlar

Azərbaycan Respublikasının vətəndaşlarına  ümumvətəndaş   pasportlarının verilməsinə görə rusumlar

                                             rüsumun növü

   məbləğ

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşınadək uşaqlar üçün)

  10 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşından üç yaşınadək uşaqlar üçün)

   20 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün)

   30 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(on səkkiz yaşına çatmış vətəndaşlara)

   40 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşınadək uşaqlar üçün)

   20 manat 

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşından üç yaşınadək uşaqlar üçün)

   40 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün) 

   60 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(on səkkiz yaşına çatmış vətəndaşlara)

   80 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşınadək uşaqlar üçün)

   40 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(bir yaşından üç yaşınadək uşaqlar üçün)

   80 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün)

  120 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:(on səkkiz yaşına çatmış vətəndaşlara)

  160 manat

ÖLKƏ XARİCİNDƏ BUNDAN ƏLAVƏ 55$ ÖDƏNİLİR

DİGƏR BÖLMƏ: 

Dəyişdirilmə qaydaları

Ümumvətəndaş pasportunun dəyişdirilmə qaydaları

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, ümumvətəndaş pasportu aşağıdakı hallarda dəyişdiriməlidir:

           -Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə;

           -Pasportdakı yazılarda qeyri-dəqiqlik müəyyən edildikdə;

           -Pasport yararsız hala düşdükdə.

Vətəndaş ümumvətəndaş pasportunu dəyişdirmək üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur: 

-Şəxsiyyət vəsiqəsi;

-18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi bilet və ya hərbi 
komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Qeyd edək ki, yeni pasport verilərkən vətəndaşa verilmiş əvvəlki pasportu təhvil vermək təklif olunur. 

Ümumvətəndaş pasportunun üzərindəki məlumatlarda yanlışlıq, çipində nasazlıq olduqda vətəndaş pasportu aldığı idarəmizə müraciət edərək 1 iş günü müddətində ödəniş etmədən dəyişdirə bilər. 

 DİGƏR BÖLMƏ: UŞAQLAR ÜÇÜN PASPORT

18 yaşınadək vətəndaşlara ümumvətəndaş pasportunun verilmə qaydaları

Sentyabr 2013-cü il tarixində qəbul olunmuş qaydalara əsasən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir. Uşaqlar üçün ümumvətəndaş pasportu almaq məqsədi ilə müraciət edərkən aşağıdakı sənədlər təqdim olunmalıdır: 

  • Vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • Vətəndaşın doğum haqqında şəhadətnaməsi;
  • Hər iki valideynin şəxsiyyət vəsiqələri;
  • Hər iki valideynin razılığı.

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə  həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

  • Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
  • Təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);
  • Qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərin birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 
 
18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışı olduqda, həmin valideynin razılığı tələb edilmir. Qeyd olunan sənədlərlə birgə digər valideynin notarial qaydasında təsdiq edilmiş razılığını təqdim edən 18 yaşı tamam olmamış vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı vətəndaşlara 5 illik müddətə verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:  1 yaşınadək uşaqlara verilən pasportun etibarlılıq müddəti 1 ildir və dövlət rüsumları belədir:  

  • 10 iş gününə – 10 manat;
  • 5 iş gününə – 20 manat;
  • 1 iş gününə – 40 manat.

1-3 yaşlı uşaqlara verilən xarici pasportun etibarlılıq müddəti 3 ildir. Dövlət rüsumu aşağıdakı kimidir:  

  • 10 iş gününə – 20 manat;
  • 5 iş gününə – 40 manat;
  • 1 iş gününə – 80 manat.

3-18 yaşlı vətəndaşlara verilən pasportun etibarlılıq müddəti 5 ildir və dövlət rüsumları belədir:

  • 10 iş gününə – 30 manat;
  • 5 iş gününə – 60 manat;
  • 1 iş gününə – 120 manat.   

 XARİCDƏ BUNDAN ƏLAVƏ DÖVLƏT RÜSUMU  55$ ÖDƏNİLİR