Səfirin tərcümeyi - halı

 

Azərbaycan Respublikasının

Fövqəladə və Səlahiyyətli Səfiri

 

Qudsi Dursun oğlu Osmanov

 

Təvəllüdü: 16 Fevral 1966-cı il

 

Təhsili

  • Leninqrad Su Nəqliyyatı Mühəndisləri İnstitutunun iqtisadiyyat fakültəsi (bakalavr),
  • Sankt-Peterburq Dövlət Universiteti, hüquq fakültəsi(bakalavr),
  • Sankt-Peterburq Dövlət Universiteti beynəlxalq münasibətlər fakültəsi(Siyasi Elmlər üzrə fəlsəfə doktoru, mövzu "Dünya siyasəti kontekstində XX əsrin sonu XXI əsrlərin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”)
  •  Rusiya Federasiyasının XİN-in nəzdində Diplomatik Akademiya b/x iqtisadiyyat (magistr)

Əmək fəaliyyəti

 

  • 1997-2004 Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburqda şəhərində Fəxri konsulu;
  • 2004-2013 Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Baş konsulu;
  • 2013-2016 Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində, Səfirin müavini vəzifəsində çalışmışdır;
  • 07.09.2016-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanı  ilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı  Fövqəladə və Səlahiyyətli Səfir i təyin edilmişdir;
  • Fövqəladə və Səlahiyyətli Səfir Diplomatik rütbəsi var.

 

İctimai fəaliyyəti və mükafatları

 

  • SSRİ Hərbi Dəniz Donanmasının Baş Komandanı, donanma admiralı Vladimir Chernavin tərəfindən  “Döyüş və siyasi təlimlərdə yüksək göstəricilərə görə” diplomu ilə təltif edilmişdir;
  • Görkəmli dövlət xadimi və diplomat A.M.Qorçakov adına gümüş medal, "Rusiya Donanmasının 300 iliyi"  “Sankt-Peterburqun 300 illiyi” və "Sakit Okean Donanmasının 275 iliyi" münasibəti ilə medallarla təltif edilmişdir.
  •  "Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasında ikitərəfli faydalı münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrinə görə" Sankt –Peterburqun qubernatoru Georgiy Poltavçenko tərəfindən fəxri diplomla təltif edilmişdir;
  • "Rusiya Federasiyası İstintaq Komitəsinə həvalə edilmiş məsələlərin həllində yardımlarına, Rusiya Federasiyası İstintaq Komitəsi ilə uzunmüddətli və səmərəli əməkdaşlığın inkişafına verdiyi tövhələrinə görə" Rusiya Federasiyası İstintaq Komitəsinin 02 aprel 2013-ci il tarixli əmri ilə medalla təltif edilmişdir.

 

Xarici dillər- rus, ingilis

 

Evlidir, üç oğul atasıdır.

bakushop_1