Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal etmiş, ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur.
Xalqımıza qarşı törədilən qanlı faciələr sırasında 31 mart 1918-ci il tarixli soyqırım hadisələri özünün ağır nəticələri ilə seçilir. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə adı ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədini güdən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər insanları diri-diri yandırmış, nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılmışdır.
Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər. Qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışdır; Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almış, karvansarada vəhşicəsinə öldürülmüş insanların meyitlərini elə oradaca yandırmışdılar.
Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş faciələrin miqyasını bir daha göstərir.
Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetirmişlər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış, yüzlərlə günahsız insan öldürülmüş, neçə-neçə ev talan edilmiş və yandırılmışdır. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız dəhşətli soyqırımına məruz qalmışdır. Aradan illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı erməni separatçılarının törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı onların vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmışdır.
Qeyd olunmalıdır ki, Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir.
Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Hadisələr göstərmişdir ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməmiş, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa və öz xeyirlərinə yazmağa əl atmışlar.
Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur.
Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan etmişdir. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Qeyd olunmalıdır ki, ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların soyqırımı gününü tanıyan qətnamələr qəbul etmişlər. Bir daha bəyan edirik ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir.
Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik. Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq. Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər.
Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır. Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasında tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaqdır. Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 28 mart 2016-cı il Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.
- AZƏRBAYCAN HAQQINDA
- SƏFİRLİK
- İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
- KONSULLUQ VƏ VİZA
- ASAN Viza (e- Visa)
- TƏDBİRLƏR
- Azərbaycan Respublikası vətəndaşının pasportu
- Ümumi məlumat
- Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər
- Ümumvətəndaş pasportunun itirilməsi və ya qəsdən korlanmasına görə inzibati cərimə
- Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur
- Ümumvətəndaş pasportu və verilməsi qaydaları
- Ümumvətəndaş pasportu itib və ya korlanıbsa?
- Dəyişdirilmə qaydaları
- UŞAQLAR ÜÇÜN PASPORT
- DÖVLƏT RÜSUMU (AZƏRBAYCAN RESPUBLİKASINDA)
- Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi
- Konsulluğun qəbul günləri
- Konsulluq qeydiyyatı
- Notariat hərəkətləri
- Vətəndaşlıq məsələləri
- Ümumi məlumat və Vəətndaşlıq mənsubiyyəti
- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxma
- Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
- Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi halları
- 01 iyul 2014-cü il tarixdən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
- Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşıları üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmüş cəza barədə
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Ümumi məlumat.
- Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması.
- Atalığın müəyyən edilməsinin qeydə alınması qaydaları.
- Doğumun qeydə alınması
- Dövlət rüsumunun ödənilməsindən azadolmalar
- Dövlət rüsumu
- Nikahın bağlanmasının qeydə alınması
- Nikahın pozulmasının qeydə alınması
- Ölümün qeydə alınması
- Övladlığa götürmənin qeydə alınması
- Səyahət xəbərdarlığı
- VİZA
- Ümumi məlumat
- Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər
- Vizanın verilməsi üçün tələb olunan sənədlər
- Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları
- Müvəqqəti olma müddətinin uzadılması
- Dövlət rüsumu.
- Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr
- Hava Limanında Viza alan ölkə vətəndaşları
- Viza almaq üçün ərizə -anket
- Azərbaycan və İsveçrə arasında viza sadəlişdirilməsi
- Azərbaycanla ikitərəfli viza sadələşdirilməsi olan öllkələr
- Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Saziş əsasında vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi
- Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumat
- Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər.
- Qanunvercilik
- QEYD
- Ümumvətəndaş pasportlarına malik AR vətəndaşlarına münasibətdə vizasız rejim barədə
- Azərbaycan-Türkmənistan viza sadələşdirilməsi
- Azərbaycan Respublikası Qanunvericiliyi
- Əcnəbilərin Azərbaycan Respublikası ərazisində əmlak əldə etməsini tənzimləyən qanunvericiliyə dair
- . Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
- Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu
- Qanun, Fərman, Sərəncam, Qərar, Konvensiyalar və s
- İnformation about required documents and charges during accessing to the Azerbaijan market
- Moldovada əcnəbilərin rejiminə dair
- Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
- Moldovada əmək miqrasiyası və əməkçi miqrantlara dair
- ÜMUMVƏTƏNDAŞ PASPORTU
- Dövlət rüsumu haqqında qanun
- Xarici ölkələr səfər etmək istəyən AR vətəndaşların nəzərinə
- MOLDOVAYA SƏFƏR EDƏN AR VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ !!!
- XƏBƏRLƏR
- ƏLAQƏ