2016-04-06
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır

Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. 
Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.
Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.

növbəti xəbər əvvəlki xəbər