2016-09-27
Moldovada Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi (referendumu) keçirilmişdir.

Cari ilin 26 sentyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi (referendumu) keçirilmişdir.

Səsvermə günü ölkəmizin hüdudlarından kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində, Kişineu şəhərində məntəqə seçki komissiyası fəaliyyət göstərirdi.

Azərbaycan Respublikası vətəndaşlarının referendumda iştirakının təmin edilməsi məqsədi ilə səfirlik tərəfindən lazımı hazırlıq işləri aparılmışdır. Moldova kütləvi informasiya vasitələri ilə elanlar verilmiş, səfirliyin rəsmi saytı, sosial şəbəkələr və digər vasitələrlə seçicilərin nəzərinə referendumla bağlı məlumatlar çatdırılmışdır.

Referendumda iştirak edənlər üçün səsvermə kabinələri qurulmuş, məntəqə seçki komissiyasının üzvlər üçün lazımı şərait yaradılmışdır. 

Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsinin (referendumunun) nəticələri bir daha əyani surətdə nümayiş etdirdi ki, yaşadığı yerdən asılı olmayaraq ölkəmizin vətəndaşları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizin dövlətçiliyinin gücləndirilməsi, sosial tərəqqiyə yönəlmiş siyasətini dəstəkləyirlər.       

 

 

 

növbəti xəbər əvvəlki xəbər