2016-10-05
Azərbaycan Respublikasının Moldova Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfir Qüdsi Osmanov Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirinin müavini Lilian Dariy ilə görüş keçirmişdir.

Görüş zamanı səfir Nazir müavininə öz etibarnaməsinin  surətini təqdim etmişdi.

Sonra ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı haqqında fikir mübadiləsi keçirilmişdi. Nazir müavini Lilian Dariy səfirə diplomatik missiyası dövründə işlərində müvəffəqiyyətlər arzulanmış və onun fəaliyyətində tam dəstək veriləcəyini bildirmişdir.

Xüsusi qeyd olunmuşdu ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edilməsi məqsədi ilə yaxın zamanlarda iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının, xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilməsi Moldova-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı və siyasi əlaqələrin dərinləşməsi üçün böyük rol oynayacaqdır. 

Səfir Qüdsi Osmanov Azərbaycanın Moldova ilə münasibətlərinin həm siyasi, həm də iqtisadi-ticarət sahəsində güclənməsində maraqlı olduğunu bildirmişdir.

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər