2016-12-03
2016-cı ilin 3 dekabr tarixində Moldovanın ən böyük sərgi kompleksi olan Kişineunun Moldekspo sərgi mərkəzində ənənəvi, artıq 20-ci xeyriyyə Milad Yarmarkası təşkil olunmuşdur. Tədbirin təşkilatçısı Moldovada akkreditə olunmuş səfirlərin xanımlarını birləşdirən Moldova Beynəlxalq Qadınlar Klubudur (IWCM).

Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyi də bu xeyriyyə tədbirində iştirak etmişdir. Səfirlik, Moldova Respublikasında xalqımızın mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğatı sahəsində böyük işlər görən Moldova Azərbaycanlıları Konqresi(MAK) ilə birgə öz pavilyonunu açmış və orada Azərbaycan milli yeməklərini, suvenirlərini, ölkəmiz haqqında müxtəlif kitab və jurnalları, təqdim etmişdir. Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov və fəalları iştirak etmişdirlər. Özfəaliyyət dərnəyinin üzvləri çoxsaylı qonaqlara xalq rəqslərimizi təqdim etmişdir.

Azərbaycan pavilyonu böyük marağa səbəb olmuşdur. Gün ərzində buraya minlərə insan gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan pavilyonuna gələnlər Azərsunun istehsal etdiyi məhsullar xüsusi maraq kəsb etmişdir. Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyi təşkilatçılar tərəfindən Fəxri Diplom ilə təltif edilmişdir. Bununla əlaqədar çıxış edən səfirinin həyat yoldaşı Səbinə Osmanova qeyd etdi ki xeyriyyəçilik Azərbaycanın xaricdə ki diplomatik missiyalarının vacib vəzifələrindən biridir. O xüsusi qeyd etdi ki, bu işdə onun üçün örnək olaraq Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətidir.  

Xeyriyyə tədbirindən toplanan vəsait Moldovanın Əngəlli Uşaq Mərkəzinə yardım olaraq verilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər

bakushop_1