2016-12-12
Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu.

Dekabrın 12-de Azərbaycanın Moldoviyadaki səfirliyində Ümummilli Lideri Heydər Əliyevin vəfatının 13-cu il dönümünə həsr olunmuş anım mərasimi keçirilib. Merasimde, Azerbaycanin Moldovadaki diaspora üzvləri, tələbələr və başqa qonaqlar  da istrak etmişdir.
Mərasimdən əvvəl Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və səfirliyin foyesində ucaldılmış büstünün önünə gül dəstələri və əklillər qoymuşlar.

 Sonra Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb.

Qeyd olundu ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu öndər Heydər Əliyev hakimiyyəti illərində ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilib, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılıb.

Tədbirdə, Azerbaycanin Moldovada Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova üzrə təmsilçisi Aureliya Qriqoriu ve başqaları çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında fikirlərini söyləyiblər.

növbəti xəbər əvvəlki xəbər