2017-03-30
Martın 18-i Azərbaycanın Moldovadakı Səfirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Moldova azərbaycanlılarının Konqresinin təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişineuda Novruz bayram şənliyi keçirilib.

Tədbirdə Türkiyə, ABŞ, Rusiya, Çexiya, Gürcüstan, Macarıstan, Qətər, Belorusiya səfirləri, o cümlədən Moldovada akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik korpusun nümayəndələri, Moldova dövlət orqanlarının nümayəndələri, elm və incəsənət xadimləri, hökümət üzvləri, deputatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, Azərbaycan diasporun üzvləri, azərbaycanlı tələbələr və gənclər iştirak ediblər. Qonaqlar bu bayramın əhəmiyyətini və gözəlliyini qeyd edərək, bayramın artıq Moldova mədəniyyətinin ayrılmaz hissəsi və ölkədə hökm sürən multikulturalizmin nümunəsi olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən Moldova azərbaycanlılarının Konqresinin rəhbəri Vüqar Novruzovqeyd edib ki, Moldova xalqının tolerantlığı və bu ölkədə yaradılan şəraitlər nəticəsində, çox saylı azərbaycanlılar və türklər üçün Moldova ikinci vətən olubdur. Həmçinin diaspor rəhbəri zəngin bayram mədəniyyətinin əks etdirən, Novruz bayramının Kişineu şəhərində qeyd olunmasının artıq ənənə halına çevrildiyini bildirib. O qonaqları bayram atmosferində azərbaycan və türk milli mətbəxinin nümunələrini dadmaq və türk, azərbaycan, moldovan musiqisi və rəqslərindən zövq almağa çağırıb.

Moldova parlamentinin sədr müavini Liliana PolixoviçMoldova ilə Azərbaycan xalqlarının mədəniyyət və adət-ənənələrinin oxşarlığını qeyd edib. Həmçinin parlament nümayəndəsi Moldovada yaşayan azərbaycanlılardan söz açıb: "Moldova azərbaycanlılarının Moldova cəmiyyətinə inteqrasiyasi və onların bu ölkənin bir hissisə və tam hüquqlu vətəndaşları olması vacibdir,"- deyə, millət vəkili bildirib.   

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovbayram münasibəti ilə qonaqları təbrik edərək, "Novruzun"azərbayan xalqının ən sevimli bayramlardan biri olduğunu vurğulayıb. "Bu bayram yazın gəlməsi, təbiətin oyanmasının və yenilənməsinin rəmzidir. Moldovada oxşar bayram "Martişor" adlanır. Bu da xalqlarımızı birləşdirən oxşarlıqlardan biridir", - deyə, diplomat qeyd edib. Səfir tədbirin təşkili üçün Moldovada azərbaycan diasporunun rəhbəri Vüqar Novruzova öz təşəkkürünü bildirib.

Türkiyənin Moldovadakı Səfiri Xulusi Kılıçbildirib ki, Azərbaycan ilə Türkiyə "İki dövlət, bir millət" şüarları ilə yaşayırlar: "Novruz"tədbirinin birgə keçirilməsi iki xalqın və iki dövlətin dostluğunun daha bir nümunəsidir", - deyə diplomat vurğulayıb. O Türk səfirinin eyni zamanda Azərbaycanın maraqlarını, Azərbaycan səfirinin isə Türkiyə maraqlarını müdafiə etdiyini qeyd edib.   

Moldova mədəniyyət naziri İqor Şarovçıxışında Azərbaycan bayram mədəniyyətinin, o cümlədən "Novruz bayramının" zənginliyini qeyd edib, tədbir iştirakçıları ilə Bakıya səfəri və Azərbaycan haqqında təəssüratları ilə bölüşüb. Həmçinin, o Moldova xalçalarının YUNESKO mədəni irsi siyahısına daxil olması məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə həmkarlarına təşşəkürünü çatdırıb. 

Moldova Respublikasının millətlərarası bürosunun sədr müavini Vera PetuxovMoldovada millətlər arası dostluğun möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə Moldova azərbaycanlılarına təşəkkür edib. O bu bayramın həm də müxtəlif xalqların dostluq rəmzi və göstəricisi olduğunu bildirib.  

Kişineu şəhərinin icra hakimiyyətinin sosial-humanitar və millətlər arası münasibətlər idarəsinin rəhbəri Kristina Aparatu şəhərin meri adından qonaqları təbrik edib və bu bayramın Kişineuda keçirilməsi ənənəsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir çərçivəsində qonaqlara azərbaycan, türk və moldovan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı nümayiş olunub, milli azərbaycan və türk mətbəxini əks etdirən bayram süfrəsi təşkil olunub. O cümlədən, tədbirdə Moldovanın Sındjirey şəhərinin rəqs ansamblı çıxış edib.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1