2017-11-14
Moldova mətbuatında Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş məqalə dərc olunub

Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik olan Tribuna.md saytında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, ölkəmiz və region üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti, texniki xüsusiyyətləri və gələcək perspektivləri barədə məqalə dərc olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında yeni körpü adlandırılıb.

Məqalədə müəllif Prezident İlham Əliyevin sözlərinə istinad edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun regional səviyyədə tarixi hadisə olduğunu vurğulayıb.

Eyni zamanda, müəllif, bu layihənin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəkləndiyini qeyd edib.

Sonra məqalədə Türkiyənin Prezidenti Rəcəb Tayip Ərdoğan, Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili, Azərbaycanda ABŞ və Avropa İttifaqının səfirlərinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı fikirləri yer alıb.

Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

 

http://tribuna.md/ru/2017/11/09/ru-баку-тбилиси-карс-новый-мост-между-аз/

növbəti xəbər əvvəlki xəbər

bakushop_1