2017-11-14
Cari ilin 14 noyabr tarixində Moldova Respublikasının paytaxtı Kişineu şəhərində 2017-ci il Eurovision mahnı müsabiqəsində üçüncüyeri tutmuş Moldova Respublikasının Sunstroke project mahnı qrupunun həmin müsabiqənin iştirakçıları ilə birgə konserti keçirilmişdir.

Konsertdə Azərbaycan Respublikasını 2017-ci ildə Eurovision mahnı müsabiqəsində təmsil edən Diana Hajiyeva (Dihaj) da   çıxış etmişdir. 

Azərbaycan nümayənəsinə dəstək məqsədi ilə, tədbirdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin məsul əməkdaşları, həmçinin  Moldova Respublikasında təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdirlər. Təmsilçimizə çıxışının sonunda Səfirlik tərəfindən gül dəstəsi təqdim olunmuşdur.

Səfirliyin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər

bakushop_1