2017-12-21
Dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə MÜRACİƏT

21 dekabr 2017-ci il tarixində dövlət, elm və  din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçilərin iştirakı ilə  Azarbaycan   Respublikasının   paytaxtı  Bakı şəhərində "2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" adlı Beynəlxalq Konfrans keçirilmidir.

 

Konfrans iştirakçıları,

Mədəniyyətlər və dinlərarası dialoqun, milli, mədəni va dini dəyərlərin və ənənələrin qorunmasına və inkişafına xüsusi önəm verən Azarbaycan  Respublikasının  Prezidenti,  zati-aliləri,  cənab lham Əliyevin elan etdiyi "İslam  Həmrəyliyi ili” çərçivəsində dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda,  Finlandiyada,  İranda,  Türkiyədə,  Rusiyada, Özbəkistanda  və İspaniyada  keçirilmiş birgə  konfransları  təqdir   etdilər və     Azərbaycan   Respublikasının   Prezidentinin   bu  tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdilər.

Türkiyə Respublikası  Prezidentinin,  İran  İslam  Respublikasının   Prezidentinin,  Özbəkistan Respublikası Prezidentinin, Müqəddəs Taxt-Tacın,  Ekumenik Patriarxının, Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətlərini alqışladılar;

Qarşılıqlı etimad  və  anlaşma mühitində madani müxtalifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq  əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsasə təminatı  kimi çıxış etdiyini vurğuladılar.  Bu  sahədə  qlobal  təhdid  və çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci  ildən  başlamış Baki  prosesinin  və əlaqədar beynəlxalq   təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdilər.

Ayrı-seçkiliyin,  ksenofobiyanın,   terroruluğun,  separatizmin,  ekstremizmin,  eləcə də milli, dini və etnik  zəmində dözümsüzlüyün   artması,   humanitar            fəlakət       həlddində qaçqınların,  məcburi köçkünlərin va miqrantlarin kütləlvi axını, habelə terroru  və separatçı  qruplaşmalar  tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin  və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildirdilər;

Özündə bəşəri dəyərləri əks etdirən  islam   və  bütün  səmavi dinlərin   dünya  sivilizasiyasına, mədəniyyətinə  və irsinə əvəzolunmaz  töhfə verdiyini, humanizmin,  sülhün və ədalətin  bərqərar edilməsinə xidmət etdiyini bildirdilər;

İslam  həmrəyliyinin  mədəniyyətlər  və  dinlərarası dialoqun  inkişafında  ümumi  bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğuladılar;

Davamlı  inkişafa,  əmin-amanlığa, sabitlik  və təhlükəsizliyə  əsas maneə olan silahlı  münaqişələrə son  qoymaq   naminə   beynəlxalq   birlik  tərəfindən  səylərin   gücləndirilməsinin  vacibliyini   önə çəkdilər.

Konfrans iştirakçıları,

Dövlətləri BMT və digər beynəlxalq  və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və  dinlərarası dialoqun və   qarşılıqlı  anlaşmanın təşviq olunmasının  davam  etdirilməsinə və  bu sahədə əmakdaşlığın genişləndirilməsinə çağırırlar;

Milli,  dini  və etnik  zəmində zorakılıq  hallarına  rəvac  verən və zərəli   ideologiyaya  əsaslanan təbliğatın  qarşısının ahnmasmda əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilmsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar;

Siyasi motivlər  daşıyan  və məqsədyönlü  qızışdırılan  ksenofobiya  və islamafobiyanın,  habelə islam dininin adından sui-istifadə etməklə terrorçuluğun və insanlıq əleyhinə cinayətlərin  tördilməsinin qarşısının alınması üçün təsirli tədbirlər  görməyə çağırırlar;

Beynəlxalq   ictimaiyyəti  Birləşmiş Millətlər   Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsi ilə beynəlxalq   sabitlik   təhlükəsizliyə olan çağırış və təhdidlərlə,   o cümlədən münaqişələrin yaranmasının,  qaçqın və məcburi   köçkünlərin  və miqrantların  axınına  səbəb olan  terrorçuluğun təcavüzkar  separatizmin,    ekstremizminin    qarşısının alınması sahəsində səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar;

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamıqla  tanınmış prinsiplərinə və      normalarına,   xüsusilə   dövlətlərin   suveren  bərabərliyi,  ərazi bütövlüyü və  beynəlxalq sərhədlərin toxunulmazlığı   prinsiplərinə sadiqliklərini təsdiq  edirl ər.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  bu kontekstdə sülh yolu ilə tezliklə həll olunmasına  töhfə verməyə çağırırlar;

Bütün səmavi  dinlərin Müqəddəs  şəhəri- Qüds Əs- şərif ətrafında baş verən və onsuz da mürəkkəb olan  vəziyy əti  daha  da  gərginləşdirən siyasi  proseslərin   qəbuledilməz olduğunu  vurğulayaraq, məsələnin  hər  bir dinə və mədəniyyətə qarşılıqlı hörmət, beynəlxalq hüququn  prinsip və normaları və BMT Təhlükəsizlik  Şurasının qətnamələri əsasında sülh yolu  ilə həlli  istiqamətində səylərin artırılmasına  çağırırlar.

Bakı 21 dekabr 2017-ci il.

 

 

növbəti xəbər əvvəlki xəbər