2018-04-10
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti də müşahidə edəcək. Bu barədə AZƏRTAC-a məxsusi olaraq Moldova MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Moldova MSK-nın seçki müşahidəçiləri aprelin 10-dan Azərbaycanda səfərdə olacaqlar. Onlar səsvermə günü bir neçə məntəqədə müşahidəçilik missiyasını həyata keçirəcəklər.

Moldova parlamentindən isə AZƏRTAC-a bildiriblər ki, parlamentin vitse-spikeri Vladimir Vityuk da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bundan başqa, Moldova parlamentinin deputatları ATƏT, Avropa Şurası və MDB Parlament Assambleyası çərçivəsində prezident seçkilərini izləyəcəklər.

növbəti xəbər əvvəlki xəbər