2018-04-11
Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsi ilə əlaqədar səfirlikdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

 Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Səsvermə hüququna malik vətəndaşlarımızın prezident seçkilərində iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Hazırda səsvermə prosesi davam edir.

Səsvermədə Moldovada fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər.

növbəti xəbər əvvəlki xəbər