2018-04-16
Aprelin 11-də Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, Alina Russu məntəqələrdə apardıqları müşahidələr zamanı seçki prosesinin mükəmməl təşkil edildiyinin şahidi olduqlarını söyləyib. Seçicilər və müşahidəçilər üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Moldova MSK-nın sədri seçkilərin şəffaf keçdiyini bildirib. Alina Russu seçkiləri yüksək səviyyədə təşkil etdiyinə görə MSK-ya minnətdarlıq edib.

MSK sədri Məzahir Pənahov qonaqlara görülən işlər barədə məlumat verib. O bildirib ki, müşahidəçilərin seçkilərə obyektiv qiymət verməsi Azərbaycan üçün böyük önəm daşıyır. Məzahir Pənahov qeyd edib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdirilir. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür. Bundan başqa, 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçinin seçki prosesini izlədiyini deyən MSK sədri fiziki və görmə məhdudiyyətli, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvermə hüquqlarından istifadə etmələri üçün bütün şəraitin yaradıldığını deyib.

növbəti xəbər əvvəlki xəbər