2018-04-16
Vladimir Vitiuc: Seçkilərdə şəffaflığın təmin olunmasına xidmət edən yeniliklər gördük

Seçkilərin hazırlanması və təşkili prosesindən danışsaq deyə bilərəm ki, səsvermə ən yüksək səviyyədə keçdi. Bütün vətəndaşlara bərabər şərait yaradılmışdı və onlar öz iradələrini ifadə etmək imkanı qazanmışdılar. Biz şəffaflığın təmin edilməsinə xidmət edən yeniliklər də gördük. Bu mənada Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident seçkilərini müşahidə edən Moldova parlamenti sədrinin müavini Vladimir Vitiuc aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

Mərkəzi Seçki Komissiyasının və seçkilərə cavabdeh olan müvafiq qurumların seçki prosesinə ciddi yanaşdığını deyən V.Vitiuc bildirib ki, seçkilər zamanı beynəlxalq müşahidəçilər üçün də yaxşı şərait yaradılmışdı.

növbəti xəbər əvvəlki xəbər