2018-04-30
Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanıdan

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Əliyev.

İcazə verin, Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Seçicilərin 86 faizdən çoxunun səsini qazanaraq əldə etdiyiniz zəfər Sizin ölkədəki yüksək nüfuzunuzun və Azərbaycanın inkişafı naminə həyata keçirdiyiniz siyasətə həqiqətən də ümumxalq dəstəyinin göstəricisidir.

Biz Sizin Moldova-Azərbaycan münasibətlərinin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ilə sıx və məhsuldar əməkdaşlığın qurulmasına görə Sizə xüsusilə minnətdarıq.

Tam səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz və partiyalarımız arasındakı əməkdaşlığın uğurlu inkişafı gələcəkdə də davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

Zinaida Qreçanı

Moldova Respublikası Sosialistlər Partiyasının sədri

növbəti xəbər əvvəlki xəbər