2018-05-10
Cari ilin 09 may tarixində Qələbə Günü (1939-45-ci illər II dünya müharibəsi) münasibəti ilə Moldova Respublikasında “Əbədiyyət” abidəsi önündə dövlət səviyyəsində rəsmi tədbir keçirilmiş və tədbirdə Moldova Respubliaksının Prezidenti İqor Dodon və digər rəsmi dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müharibə iştirakçıları-veteranlar və Moldova Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlikləri iştirak etmişdirlər.

 İlk öncə Moldova Respublikasının Prezidenti İqor Dodon çıxış etmişdir. O, çıxışında Faşizm üzərində qələbədən 73 il keçdiyini, bu Qələbədə keçmiş SSSR-nin tərkib dövlətlərindən biri kimi Moldovanın da xüsusi payı olduğunu qeyd etmiş  və çıxışının sonunda əbədi yanan məşəlin önünə əklil qoymuşdur.

Tədbir iştirakçıları əbədi yanan məşəlin önünə əklil qoymuşlar.

Eyni zamanda, Azərabaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin əməkdaşları Şuşanın işğalı (08.05.1992-ci il) ilə əlaqədar abidəni ziyarət etmiş və abidə önünə qərəfillər qoymuşlar. Rusiya Federasiyası, Türkiyə Respublikası, Bearus Respublikası səfirləri və Qazaxıstan Respublikası Baş konsulu da abidəni ziyarət edərək, işğalı və işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin düşdükləri çətin vəziyyəti pisləmişlər.

Səfirliyin mətbuat xidməti

növbəti xəbər əvvəlki xəbər