2018-05-31
Moldova Respublikasının Prezidenti İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı çoxtərəfli səmərəli əlaqələrin mövcudluğunu məmnunluqla vurğulamaq istərdim. Əminəm ki, Moldova ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri bundan sonra da beynəlxalq aləmdə siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşməsi və ikitərəfli dəstəyin möhkəmlənməsi üçün zəmin olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, bütün Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayır, bir daha Sizə öz dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

İqor Dodon

Moldova Respublikasının Prezidenti

növbəti xəbər əvvəlki xəbər