2018-11-06
"Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası

26.10.2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivıəsində "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın təqdimatı olmuşdur. Məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşlaırn bir araya gətirilməsi, əcnəbi tələbələr və təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqə yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunması, ictimai faydalı məqsədlərə nail olunması və Azərbaycanda təhsilin dünyada təbliğ olunmasıdır. Assosiasiyanın rəsmi internet səhifəsi www.alumni.az istifadəyə verilmişdir. İnternet səhifəsindən Assosiasiyanın fəaliyyətinə dair məlumat əldə etmək və bu təşkilata üzv olmaq üçün qeydiyyatdan keçmək mümkündür.

növbəti xəbər əvvəlki xəbər