2018-12-03
Moldovada deputatların sayının azaldılması ilə bağlı referendum keçiriləcək

Moldova parlamenti deputatların sayının 101-dən 61-ə qədər azaldılması ilə bağlı 2019-cu il fevralın 24-də referendumun keçirilməsinə dair qərar qəbul edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, qərarın müəllifi Serdjiu Sırbunun fikrincə, deputatların sayının azaldılması onların seçicilər qarşısında məsuliyyətini artıracaq.

Qeyd edək ki, fevralın 24-də Moldovada parlament seçkiləri də keçiriləcək.

növbəti xəbər əvvəlki xəbər