2018-12-26
28-29 noyabr seminarı

Cari ilin 28-29 noyabr tarixlərində Moldova Respublikasının Kişinau şəhərində Beynəlxalq Enerji Agentliyinin dəstəyi ilə Avropa İttifaqının “EU4 Enerji” Proqramı çərçivəsində “Ev təsərrüfatları sektorunda enerji səmərəliyi göstəricilərinin tərtib edilməsi üzrə texniki seminar” keçirilmişdir. Tədbirdə Beynəlxalq Enerji Agentliyinin, Xorvatiya Energetika İnstitutunun, həmçinin Azərbaycan, Belarus, Ukrayna, Moldova, Qazaxıstamn, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Ermənistanın energetika və statistika orqanlarının nümayəndələri iştirak etmişlər. Məqsəd Avropa İttifaqının “EU4 Enerji” Proqramı çərçivəsində Şərq Tərəfdaşlığı, Qafqaz və Mərkəzi Asiya ölkələrində enerjei məlumatlarının keyfiyyətinin, yayılmasının və istifadəsinin artırılmasında əldə olunan nailiyyətlər barədə məlumatların paylaşılması, həmçinin Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanmış və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan 30-dan çox ölkə tərəfindən istifadə olunan beynəlxalq formata uyğun ev təsərrüfatlarında istehlak edilmiş enerji məhsullarının istehlakına dair sorğunun nəticələrindən istifadəsi ilə bağlı statistika orqanlarına yardım göstərmək olmuşdur.Tədbiri Moldova Milli Statistika Bürosunun baş direktoru Vitalie Valkov açmışdır.

növbəti xəbər əvvəlki xəbər