2019-02-24
Azərbaycan nümayəndə heyəti Moldovadakı parlament seçkilərini müşahidə edir

Kişineu, 24 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin deputatı Sabir Hacıyev Moldovada keçirilən parlament seçkilərini müşahidə edir.

AZƏRTAC xəbər verir ki, M.Pənahov bu gün keçirilən səsvermə prosesini Moldovanın paytaxtı Kişineudakı seçki məntəqələrində, S.Hacıiyev isə Qaqauziya ərazisində yerləşən məntəqələrdə izləyir.

Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərini 4 mindən çox yerli və xarici müşahidəçi izləyir. 2141 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla 21:00-da başa çatacaq. Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.

99999999999999999999999999999

növbəti xəbər əvvəlki xəbər