2019-02-26
Cari ilin 25 fevralında Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində Azərbaycanın Moldovada Səfirliyi və Moldova Azərbaycan konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Muzeyin xolunda Xocalı faciəsini əks etdirən foto sərgi təşkil olunub.

Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Molla faciə qurbanlarının ruhuna dua oxumuşdur.

Tədbirdə Moldovada akkreditə olan diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə Səfirliyi, Azərbaycanlı deputatlar, QDİƏT Azərbaycan nümayəndəsi, ictimai xadimlər, yerli jurnalistlər, azərbaycanlı və türk tələbələri, o cümlədən Moldovada yaşayan həmvətənlərimiz iştirak ediblər.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar. 

Xocalı soyqırımı, həmçinin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Səfir Qüdsi Osmanov XX əsrdə Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı haqqında qısa məlumat verərək, xalqımızın zaman-zaman erməni işğalçıları tərəfindən görünməmiş zülmlə və haqsızlıqlarla rastlaşdığını, günahsız qurbanlar verdiyini, belə dəhşətli hadisələrdən birinin də məhz Xocalı faciəsinin olduğunu bildirmişdir. Səfir Xocalı faciəsinin nəinki Azərbaycanlılara eləcə də, bütün insanlığıa qarşı törədilmiş bir cinayət olduğunu qeyd etmişdir. Gələcəkdə bu cür dəhşətlərin yaşanmaması üçün faciənin beynəlxalq aləmdə tanıdılmasınının, beynəlxalq ictimaiyyət və birlik tərəfindən ona əsl hüquqi qiymət verilməsinin bu gün Azərbaycan Respublikasının apardığı xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 Həmçinin o, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük rol oynadığını bildirib.

Dağlıq Qarabağ münaqişənin həllinə toxunan səfir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq  ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən söz açıb.

Tədbirdə Moldova rəsmisi Millətlərarası bürosunun direktoru Oleq Babenko da çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqının ağrılı yarası olduğunu, insalığa qarşı çevrilmiş  bir faciə kimi dəyərləndirmişdir.

Tədbirdə çıxış edən QDİƏT-in Azərvbaycan tərəfindən nümayəndəsi Asif Hacıyev Səfirlik tərəfindən belə bir tədbirin keçirilməsini, həmçinin Xocalıya dair filmin nümayiş etdirilməsini təqdirəlayiq hadisə kimi qiymətləndirmiş və bunun digər Səfirliklər üçün bir nümunə eləcə də ilk ümdə məsələsi olmalı olduğunu qeyd etmişdir.

Moldovada Bakı multikulturalizm mərkəzinin rəhbəri Aureliya Qriqoriu artıq "Xocalıya ədalət" şüarlarının dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.

Azərbaycan Parlamentinin deputatı, Sabir Hacıyev Xocalı soyqırımının Azərbaycan xalqının şuurunda fundamental yer tutduğunu bildirib. Faciənin ağır nəticələrindən danışan millət vəkili 1992-cu illin Azərbaycan tarixi üçün də ağır və iztirablı olduğunu vurğulayıb. "Bu hadisələrə doğru qiymət vermək üçün imkanları qiymətləndirmək lazımdır ki, belə hadisələr gələcəkdə təkrarlanmasın", - deyə deputat bildirib.

Moldova Azərbaycan Konqresinin sədri Vüqar Novruzov Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli səhifələrindən biri olduğunu söyləyərək, faciə qurbanlarını soyqırımın rəmzi kimi əbədi azərbaycan xalqının qəlbində yaşayacaqlarını deyib. O, Moldova Azərbaycan Konqresi tərəfindən Xocalı ilə əlaqədar Moldovada aparılan təbliğat işləri barədə iştirakçılara məlumat verib. "Ermənilərin uydurma soyqırımı barədə faktlar axtaran şəxslər, ilk öncə Azərbaycan tarixinə müraciət edib, Xocalı faciəsini araşdırmalıdırlar" deyə, Vüqar Novruzov bildirib. 

Moldova Respublikasının Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko erməni  işğalçılarının Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, lakin buna nail olmadıqlarını söyləyib. O eyni ssenarinin Moldova xalqı üçün yazıldığını vurğulayaraq, bu dəhşətli faciədən dərs çıxarmağa çağırıb. Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi barədə qısa danışmışdır. Həmçinin özünün yeni kitabı (Pridenstrdə və Dağlıq Qarabağda münaqişə- tarix və həlli yolları) barədə tədbri iştirakçılarına məlumat vermişdir.

Səfir də öz növbəsində kirtabın təqdimatının 31 mart dünya azərbaycanlılarının soyqırım günü nümayiş olunacağını bidlirmişdir.

Moldovada Türkiyə Səfiri Gürol Sökmensüer  tədbirin Xocalı faciəsinin əsrin diqər dəhşətli hadisələri ilə bir sırada durduğunu bildirib. O bu hadisənin insanlığın utancı, xəstə milliyyətçiliyin və təcavüzün təzahürü adlandırıb. Faciənin Türkiyənin qardaş dövlətinə qarşı törədildiyini qeyd edən səfir, erməni cəlladlarının hələ XX əsrin əvvəllərində oxşar hadisələrin türk xalqının başına gətirmək və sonra uydurma soyqırımı bəsləmək cəhdlərini xatırlayıb.

Tədbirdə Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran “Tragedy Khojaly” sənədli filmi nümayiş olunub. Həmçinin, iştirakçılara Xocalı soyqırımı ilə bağlı bülletenlər paylanılıb.

Sonda tədbir iştirakçıları Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində təşkil edilmiş stendlə tanış olmuş, önünə qərənfillər düzmüşlər

 IMG_7154

növbəti xəbər əvvəlki xəbər