2019-10-07
Rusiya və Moldova saytlarında Azərbaycana dair müsahibə dərc edilib

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun pravda.ru və tribuna.md saytlarında geniş müsahibəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycan və Moldova arasında strateji tərəfdaşlıqdan, ticari-iqtisadi münasibətlərdən, Ermənistanın işğalçılıq siyasətindən söz açılıb

“Moldova ilə Azərbaycan arasındakı münasibətləri daha çox tərəfdaş, dost kimi xarakterizə etmək olar. Düşünürəm ki, dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyanın işi nəticəsində sonda iqtisadiyyatda qarşılıqlı əlaqələrin yeni səhifələrini açacağıq”, - deyə səfir vurğulayıb.

Moldova Prezidenti İqor Dodonun və digər rəsmilərin Azərbaycana bir neçə dəfə səfər etdiyini deyən Q.Osmanov yaxın vaxtlarda Qaqauziyanın Çadır-Lunqa şəhərində Moldova xalqına hədiyyə olaraq Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə böyük bir mədəniyyət və təhsil mərkəzinin açılışı olacağını qeyd edib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

növbəti xəbər əvvəlki xəbər