2019-10-22
Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Tədqiqat və İnnovasiya üzrə illik konfransı

21.10.2019-cu il tarixində Kişineu şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Tədqiqat və İnnovasiya üzrə illik konfransı keçirilmişdir. Azərbaycan tərəfindən Namiq Camalov-AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, Horizon 2020 çərçivəsində layihə rəhbəri; Tofiq Babayev- AMEA idarəetmə Sistemləri institutunda şöbə müdiri, texniki elmlər üzrə fəlsəfə doktoru, Horizon 2020 çərçivəsində Hüquq və Maliyyə aspektləri üzrə Milli Əlaqələndirici şəxs; Fuad

Novruzov- Səhiyyə Nazirliyi Milli onkologiya mərkəzin nüvə təbabəti şöbəsinin müdiri, tibbüzrə fəlsəfə doktoru, Horizon 2020 çərçivəsində Avroatom üzrə Milli Əlaqələndirici şəxs; Elçin Hüseyn- Təhsil Nazirliyi ADNSU-nun İdarəetmə proseslərinin avtomatlaşdırılması elmi tədqiqat insitutunun direktoru, Samir Həmidov- Təhsil Nazirliyinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru; İlham

Hümbətov- Azərbaycan Milli Dopinq Əleyhinə Agentlikdə strateji inkişaf meneceri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər