2019-12-10
5 dekabr tədbiri

cari ilin 05 dekabr tarixində Moldova Respublikasının Milli Kitabxanasında Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Moldova Respublikası Milli Kitabxanası və TÜRKSOY-la birgə Azərbaycanın görkəmli şairi və tanınmış mütəffəkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Nəsimi dünya dilllərində” adlı mədəni tədbir keçirilmişdir. Tədbirdə Moldova Respublikasının Səfirlik, TÜRKSOY-un baş katibin müavini Bilal Cakici, TÜRKSOY-un katibi Elçin Qafarlı, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı Səlim Babul oğlu, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Moldova Yazıçılar Birliyinin üzvləri, “Nəsimi dünya dillərində” kitabının rumin dilinə tərcüməçisi İlie Zegrea, eləcə də Moldovada təhsil alan Azərbaycanlı tələbələr və yerli tələbələr, həmçinin Moldovada akkreditə olan xarici ölkələrin diplomatik nümayəndəlikləri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər