2019-12-11
9 dekabr fotosərgi

Cari ilin 09 dekabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Moldova Respublikasının Parlamentində Ümumilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar xatirə fotosərgisi təşkil olunmuşdur.

Tədbirdə Səfirlik, Moldova Azərbaycanlıları Konqresin nümayəndələri, Moldova parlamentinin sədr və deputatları, eləcə də Moldova Respubliaksında xarici ölkələrin akkkreditə olunmuş səfirlik və nümayəndəlikləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Parlament sədri Zinaida Qreçani Ulu Öndər barədə xoş sözlər demiş və iki ölkə arasında mehriban dostluq münasibətlərinin inkişaf etdiyini və gələcəkdə bu münasibətlərin daha yüksək müstəviyə qalxacağına ümid etdiyini bildirmişdir. Həmçinin xanım Qreçani qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün necə önəmli, dahi şəxsiyyət və lider olduğu xalq tərəfindən ona verilən qiymət və sevgidə öz təzahürünü tapmışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov ilk öncə Parlamentin sədri xanım Zinaida Qreçaniyə sərgi ilə əlaqədar Parlamentdə yaradılmış imkana görə minnətdarlığını bildirmişdir. Səfir Ulu Öndərin gələcək nəsillərə örnək olacaq şərəfli və mübariz omür yolundan və dünya şöhrətli dahi siyasətçi kimi zəngin yaradıcılğından söhbət açmışdır.

Diplomat müasir Azərbaycan Respublikasının qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqının qəlbində daim yaşacağını, bizlərə miras qoyduğu ölkənin bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən ən gözəl şəkildə davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir çıxışında iki ölkə arasındakı mehriban dostluq münasibətlərindən, Moldova Prezidenti İqor Dodonun  bir neçə dəfə Azərbaycana səfərlərinin,eləcə də hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin bunun  bariz nümunəsi olduğunu qeyd etmişdir. Səfir çıxışını Heydər Əliyevin məşhur kəlamı ilə

tamamlamışdır: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam””.

Daha sonra Səfir Qüdsi Osmanov tədbir iştirakçılarına fotosərgi barədə məlumat vermişdir.

Qeyd edək ki, sərgi 14.12.2019-cu il tarixinədək davam edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər