2019-12-13
12 dekabr Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ümumilli Lider Heydər Əliyevin vəfatının 16 illiyinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirliyin foyesində Ümummilli Liderin həyat və yaradıcılığına dair fotosərgi təşkil olunmuşdur.

Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Moldovada yaşayan azərbaycanlılar və təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbiri açıq elan edən Səfir Qüdsi Osmanovun xahişi ilə öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra çıxış edən Qüdsi Osmanov Ulu Öndərin həyat və yaradıcılığından, onun müasir Azərbaycanın qurucusu olduğundan, Azərbaycan xalqının qəlbində hər zaman sevgi və ehtiramla yad edildiyindən, dahi şəxsiyyətin xalqın dar günündə daim yanında olmasından, Azərbaycanın dünyada tanıdılmasında Ümummilli Liderin əvəzsiz rolu və xidmətləri olmasından və bu gün də onun qoyduğu ən böyük miras olan Azərbaycanın  layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da yüksəkliklərə qaldırılmasından ətraflı söz açmışdır.

Mərasimdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin  sədri Vüqar Novruzov Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycanın bütün dünyada tanıdılması istiqamətində apardığı gərgin mübarizədən və gördüyü işlərdən, həmçinin Ulu Öndərin təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, eləcə də xaricdə yaşayan azərbaycanlıların qayğısına qalıb, onların ən böyük mühafizəçisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bakı Multikultiralizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureli Griqori çıxış edərək,Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətindən, onun Azərbaycan üçün etdiyi xidmətlərdən, XX əsrdə Azərbaycanın yetişdirdiyi ən görkəmli siyətçi olması barədə ətraflı danışdı.

Mərasimdə həmçinin Moldovada yaşayan Azərbaycanlı Məhəbbət İsmayılov Ulu Öndərin xatirəsinə yazdığı şeri səsləndirmişdir.

Daha sonra  iştirakçılar ulu öndər Heydər Əliyevin Səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoymuşlar  və onlara Ümumilli Liderin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunmuşdur.

Sonda Səfirlikdə Ümummilli Liderin xatirəsinə ehsan verilib.

növbəti xəbər əvvəlki xəbər