2019-12-24
Happy Nation tədbiri

Cari ilin 20 dekabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və Bakı Multikulturalizm Mərkəzinin Moldova Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycan milli mətbəxinin ləziz təamlarından olan milli şirniyyatımızın əvəzsiz nümunələrindən biri- paxlavanın Moldovadakı tərənnüm və təbliği məqsədi ilə “Happy Nation” adlı tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin müşaviri Leyla Orucova iştirakçılara Master Class (paxlavanınn hazırlanma və bişirilmə

qaydası) nümayiş etmişdir. Adı çəkilən tədbirə xarici ölkələrin Moldova Respublikasında akkreditə olunmuş Səfirlik və Baş Konsulluqlarının (xüsussən də xanımlar), eləcə də yerli qurumların nümayəndələri və digər şəxslər qatılmışlar. Qeyd edək ki, belə bir tədbirin keçirilməsi ideyası 08.12.2019-cu il tarixində Moldovqa Respublikasında hər il keçirilən Xeyriyyə Bazarı (İnternational Charity bazaar) tədbiri zamanı yaranmışdır. Belə ki, həmin tədbirdə Səfirlik tərəfindən milli mətbəximizin çoxsaylı təamları ilə yanaşı, paxlavanın da nümayiş olunması tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuş və yerli, eləcə də xarici iştirakçılar paxlavanın xüsusi təbliği üçün ayrıca tədbirin keçirilməsini xahişi etmişlər. Çoxsaylı müraciətlər, eləcə də Azərbaycan milli mətbəxinin Moldovada təbliği üçün gözəl fürsət yarandığı nəzərə alınaraq, Səfirlik və Miultikultiralizm Mərkəzi tərəfindən belə bir özünəməxsus tədbirin təşkil edilməsi məqsədəuyğun hesab edilmişdir.

Eyni zamanda bildiririk ki, təşkil olunmuş tədbir iştirakçılar tərəfindən böyük marağa səbəb olmuş və onlar bu barədə fikirlərini (Azərbaycan paxlavasının Türk paxlavasından daha gözəl və dadlı olmasını vurğulamışlar) tədbirdə aparılan çəkilişlər zamanı canlı yayımda ifadə etmişlər.

növbəti xəbər əvvəlki xəbər