2019-12-25
24 dekabr tədbiri

Cari ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilməsi məqsədi ilə Moldova Azərbaycanlıları Konqresin yeni sədri Heybət Məcidovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinə müraciət olunmuş və Səfirliyin foyesində Konqres tərəfindən tədbir təşkil olunmuşdur.

Səfirlikdə Prezidentin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi nümayiş olunmuşdur.

Tədbirdə Səfirlik, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Moldovada təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səfirliyin müşaviri L.Orucova cənab Prezidentin həyat və yaradılığından, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olmasından, Azərbaycan adının dünya arenasında ən yüksək zirvələrə qaldırmasından və vətən üçün gördüyü işlər, xidmətlrədən ərtraflı danışmışdır. Eyni zamanda, L.Orucova Ulu Öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının Birinci qurultayı zamanı çıxışına istinad edərək, bütün dünyadakı azərbaycanlıların milli maraqlar ətrafında birləşməsi, Azərbaycan dövlətinin dünya Azərbaycanllılarının dövlətinin olduğunu və onun əsas qayəsinin Azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, onların hüquq və mənafelərinin qorunması olduğunu bildirmişdir.

Moldova Azərbaycanlıları Konqresinin yeni təyin olunmuş sədri Heybət Məcidov Konqres adından cənab Prezidentə ünvanlanmış və rəsmi şəkildə göndərilmiş təbrik məktubunu tədbirdə oxumuşdur. Daha sonra isə cənab Prezidentin əsası dahi Azərbaycan siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş və eyni zamanda balanslaşdırılmış siyasət yürütdüyünü, həmçinin onun yalnız Azərbaycanda yaşayan azərbaycanlıların deyil, eləcə də dünyanın istənilən guşəsində yaşayan həmvətənlərimizin maraqlarını qoruduğunu qeyd etmişdir.

Tədbirdə Bakı Multikultiralizm Mərkəzinin Moldovadakı nümyəndəliyinin sədri Aureli Qriqori çıxış edərək, İlham Əliyevin xalqını düşünən müdrik siyasətçi olmasından, onun dahi lider Heydər Əliyevin tutduğu yolu şərəflə getməsindən danışmış və öz təbrikini oxumuşdur.

Tədbirdə həmçinin Moldova Azərbaycanlılıarı Konqresinin üzvü Maarif Rəhimov və Müharib Allahverdiyev çıxış edərək, ilk öncə müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə toxunaraq, onun təməlini qoyduğu düzgün və düşünülmüş siyasi kursun bu gün layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən nümunəvi şəkildə davam etdirildiyindən, Prezidentin müdrikliyindən danışaraq, onun dünya Azərbaycanlıların sonuncu qurultayında səsləndirdiyi fikirləri dilə gətirmişlər: “Azərbaycan bütün həmvətənlərimizin vətənidir və mən Azərbaycan Prezidenti olaraq hər bir azərbaycanlının arxasındayam”.

Daha sonra tədbirdə iştirak edən konqresin yeni yaradılmış şura üzvü Ramil Rzayev, Səfər Məmmədov cənab Prezidentin yürütdüyü düzgün siyasətdən söhbət açmışlar, onun gənclər üçün rəhbər olaraq bir nümunə olduğunu qeyd etmişlər və tədbir vasitəsi ilə onun ünvanına öz təbirklərini çatdırmışlar. Eyni zamanda, şuranın digər üzvü Zamir Qubadov Prezident haqqında xoş sözlər ifa edərək, ona ünvanlanmış təbriklərini xüsusi olaraq hazırladığı çıxışında əks etdirmişdir.

Nitqində Prezidentin neft siyasətindən, qara qızıl olan neftin digər neft olan ölkələrdən fərqli olaraq, məhz əhalinin rifahı üçün isitfadə edildiyini, xalqın mənafeyinə öncəlik verildiyini dilə gətirərək, həmçinin Prezidentin gənclərə ən böyük dəstək və arxa olduğunu, dövlət başçısı kimi onların fəaliyyətinə daim yol açdığını, böyük imkanlar yaratdığını, cəmiyyətdə formalaşmalarına xüsusi stimul verdiyini böyük sevinc hissi ilə qeyd etmişdir.

Sonda tədbir iştirakçıları hörmət və ehtiram əlaməti olaraq, Ulu Öndərin heykəli önünə güllər qoydular.

növbəti xəbər əvvəlki xəbər