2022-02-02

Moldovada Azərbaycan Gəncləri Gününün 25 illiyi qeyd olunub.

2 fevral tarixində Azərbaycanın Moldovadakı səfirliyində Gənclər Günü münasibətilə Moldovada təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də ali məktəblərin yerli tələbə təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

 

Tədbirdə Moldova İqtisadiyyat Akademiyasının II kurs tələbəsi Əli Məmmədov müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışıb. O, qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində aparıcı rol oynayır, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənc nəslin təhsil və tərbiyəsinə xüsusi diqqət yetirilir.

 

Moldovalı universitet tələbələri Karina Birsa və Luminita Qreka Moldovada gənclərlə bağlı layihələrdən, dövlət tərəfindən onlar üçün yaradılan şərait və imkanlardan danışıblar.

 

Bundan əlavə, dəyirmi masa iştirakçıları gənclərin həyatının müxtəlif aspektləri və bununla bağlı dövlətin iştirakına dair fikirlərini bölüşüb, əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

 

Tədbirin sonunda dəyirmi masa iştirakçıları üçün furşet təşkil olunub.

 

Arxiv üzrə axtarış