2020-07-14
Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı bəyanatı

14 İyul, 2020, Kişinyov - Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi son günlərdə Azərbaycan-Ermənistan sərhədində olan silahlı qarşıdurmaları  və həyat itkisi ilə nəticələnən hadisələri narahatlıqla izləyir.

MRXİAİ həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri güc tətbiq etməməyə, vəziyyətin gərginləşməməsi üçün səylərini davam etdirməyə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan uzunmüddətli siyasi həll yolu tapmağa çağırır. 

Moldova Respublikası münaqişə vəziyyətinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

 

növbəti xəbər əvvəlki xəbər