Əsas yüksək səviyyəli səfərlər və görüşlər

  • 26-28 noyabr 1997-ci ildə - Moldova Respublikasının Prezidenti Petru Luçinskiynin Azərbaycana rəsmi səfəri;
  • 26-27 oktyabr 2004-cü ildə Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri (səfər çərçivəsində 9 sənəd, o cümlədən Azərbaycan Respublikası Prezidenti və Moldova Respublikası  Prezidentinin Birgə Bəyannaməsi imzalanmişdir);
  • 21 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Moldovaya rəsmi səfəri (səfər zamanı 5 sənəd imzalanmışdır);
  • 16 iyun 2005-ci ildə Kiyevdə Ümumdünya İqtisadi Forumu tərəfindən keçirilmiş növbədənkənar "Dəyirmi Masa" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Vladimir Voroninlə görüşü;
  • 21 iyul 2006-ci ildə Moskvada, MDB Dövlət başçılarının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Vladimir Voroninlə görüşü;
  • 22-24 fevral 2007-ci ildə Hökümətlərarası Komissiyanın II iclasında iştirak etmək üçün Moldovanın Baş naziri Vasile Tarlevin Azərbaycana səfəri;
  • 18-19 iyun 2007-ci ildə Bakıda keçirilmiş GUAM Dövlət Başçılarının Zirvə toplantısında Moldovanın Baş naziri Vasile Tarlev iştirak etmişdir;
  • 23-24 aprel 2008-ci ildə Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri (səfər zamanı 3 saziş imzalanmişdır);
  • 9 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Moldovaya səfəri;
  • 1 iyun 2011-ci ildə İtaliyada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşü (görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunmuş, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilmiş, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır);
  • 29-30 sentyabr 2011-ci ildə Varşava şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul etmişdir;
  • 20 fevral 2010-cu ildə Xarici İşlər naziri Elmar Məmmədyarov Roma şəhərində Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiyası naziri Yuriye Lyanke ilə görüşü;
  • 25 fevral 2011-ci ildə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Kiyevdə keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Moldova Baş nazirinin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Yuriye Lyanke ilə görüşü (görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur);
  • 17-19 yanvar 2012-ci ildə Moldova Respublikasının Baş naziri Vladimir Filatın Azərbaycana rəsmi səfəri;
  • 17-19 yanvar 2012-ci ildə Azərbaycana rəsmi səfər çərçivəsində Moldova Respublikasının Baş naziri Vladimir Filatı Xarici İşlər naziri Yuriye Lyarke müşayiət etmiş və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü;
  • 24 aprel 2014-cü ildə Praqa şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşü;
  • 9 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri xanım Nataliya Germanı qəbul etmişdir;
  • 16 sentyabr 2016-ci ildə Bişkek şəhərində keçirilmiş MDB ölkələri sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüş keçirmişdir;
  • 06-07 iyun 2017-ci il tarixlərində Kişinyovda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Avropa üzrə Regional Komissiyasının 61-ci iclası keçirilmişdir;
  • 21-23 iyun 2017-ci il tarixlərində Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oktay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşüb. Səfər zamanı İrina Vlah və Zinayida Qreçeniydən ibarət Moldova nümayəndə heyəti ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilib. Səfər zamanı həmçinin Moldova Respublikası Hökumətinin nümayəndələri ilə hakim “Yeni Azərbaycan” partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva arasında da görüş təşkil olunub. Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub;
  • 29-30 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Sədaqət Vəliyeva Moldova Respublikasında səfərdə olublar;
  • 10 iyul 2017-ci il tarixində Kişinyovda Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi dialoqunun 9-cu iclasında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov iştirak etmişlər;
  • 15 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moldova Respublikasının daxili işlər naziri cənab Aleksandru Jizdanı qəbul etmişdir;
  • 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandru Jizdan ilə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov arasında görüş keçirilib;
  • 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandru Jizdan ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev arasında görüş keçirilib;
  • 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandru Jizdan və Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov arasında görüş keçirilmişdir;
  • 15-16 mart 2018-ci il - Moldova Respublikasının Prezidenti İqor Dodonun “VI Qlobal Forum Bakı-2018” Beynəlxalq Forumunda iştirakı münasibətilə Azərbaycana səfəri baş tutub;
  • 27-28 sentyabr 2018-ci il tarixlərində Moldovada GUAM Parlament Assambleyasının 11-ci sessiyası keçirilib. İclasda Baltikyanı Assambleyanın üzvləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentlərinin nümayəndələri də iştirak ediblər. İclasda Azərbaycanı Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib;
  • 2018-ci ilin oktyabrında Moldova Respublikasının Kişinyov şəhərində GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü keçirilib. İclasda GUAM-a üzv ölkələrin rəsmiləri: Moldova Respublikasının Baş naziri Pavel Filip, Gürcüstanın Baş naziri Mamuk Baxtadze, Ukraynanın Baş naziri Vladimir Qroysman iştirak ediblər. Azərbaycan Respublikası aşağıdakı tərkibdə təmsil olunub: Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini (nümayəndə heyətinin rəhbəri); Əsgər Abdullayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müavini;
  • 5 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ilə Moldova Respublikasının Baş naziri Pavel Filip arasında görüş keçirilib;
  • 13-14 dekabr 2018-ci il tarixlərində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib. Tədbirdə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulyanovski iştirak edib;
  • 13 dekabr 2018-ci il tarixində Bakıda işgüzar səfərdə olan Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulyanovski,  İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri ilə, o cümlədən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov ilə görüşü baş tutmuşdur;
  • 24 fevral 2019-cu Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də Moldovaya gedib;
  • 21-26 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev Moldovada səfərdə olmuşdur;
  • 14 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb;
  • 24-26 sentyabr 2019-cu il tarixlərində Kişinyovda “Statistik əməkdaşlıqda növbəti addım” ümumi başlığı ilə yüksək səviyyəli seminar təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və aparatın beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Quliyev iştirak ediblər;
  • 10 oktyabrın 2019-cu il tarixində Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb;
  • 16-17 oktyabr 2019-cu il tarixlərində Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev GUAM-ın Ticarət və Nəqliyyatın Asanlaşdırılması üzrə Rəhbər Komitəsinin Kişinyovda keçirilən növbəti iclasında iştirak ediblər;
  • 05-06 dekabr 2019-cu il tarixlərində Bakıda “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20-ci ildönümünə və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur naziri Anatoli Usati də iştirak edib;
  • 9-10 fevral 2022-ci il tarixlərində Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Niku Popeskunun Bakıya rəsmi səfəri baş tutub;
  • 10 oktyabr 2022-ci il tarixində Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanı qəbul edib;
  • 10 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanı qəbul edib;
  • 11 oktyabr 2022-ci il tarixində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanı qəbul edib;
  • 11 oktyabr 2022-ci il tarixində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanı qəbul edib.

Arxiv üzrə axtarış