Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər.

Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər.

 

  1. I)   Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi fiziki şəxsin dəvət etməsi

       üçün tələb olunan sənədlər:

Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) Xarici İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin tərtib edilmiş vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə) (vəsatət bir vərəqin ön və arxa tərəflərində çap edilməlidir) .
  2. Dəvət edən vətəndaşın şəxsiyət vəsiqəsinin surəti(əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dəvət etdiyi təqdirdə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və ya daimi yaşamaq icazəsinin surəti).
  3. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  4. Dəvətnamə üçün dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.

        Dövlət rüsumu qeyd olunan bank hesabına ödənilməlidir(ƏLAVƏ 1).

  1. II)  Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi

        üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin tərtib edilmiş vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə) (vəsatət bir vərəqin ön və arxa tərəflərində çap edilməlidir) .
  2. Hüquqi şəxs tərəfindən tərtib edilmiş məktub. Məktub Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanır.Məktubda vizanın məqsədinin (işgüzar, əmək,elm və ya təsil, müalicə, humanitar, mədəniyyət və idman), dəvətin müddətinin (işgüzar məqsədi 180 günədək, mədəniyyət və idman məqsədi 60 günədək, digər məqsədlər isə 90 günədək müəyyən edilə bilər),vizanın giriş sayının (birdəfəlik və ya çoxdəfəlik), əcnəbini və ya vətəndaşlığı olmayan şəxsin viza üçün müraciət edəcək diplomatik nümayəndəliyin qeyd olunması zəruridir.
  3. Hüquqi şəxsin hüquqi sənədlərinin surəti (qeydiyyat şəhadətnaməsi “VÖEN”, reyesterdən çıxarış).
  4. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  5. Dəvətnamə üçün dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.

Sənədlərin qəbul edildiyi ünvan: Xarici İşlər Nazirliyinin inzibati binasının arxa tərəfində yerləşən vətəndaşlar üçün ayrılmış qəbul otağı. Sh.Qurbanov küç.50, Bakı.

Sənədlərin qəbul vaxtı : bazar ertəsi – cümə (10:00 – 13:00).

Hazır sənədlərin təhvil verilmə vaxtı : bazar ertəsi – cümə (17:00 – 18:00).

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 

Arxiv üzrə axtarış