İqtisadi əməkdaşlıq
İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti:
Komissiyanın yaradılma vaxtı - 25 oktyabr 2004-cü il
Komissiyanın həmsədri: Azərbaycan tərəfdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam Kərimov
Üzvlər:
- Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini;
- Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini;
- Azərbaycan Respublikası Energetika nazirinin müavini;
- Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini;
- Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini;
- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
- Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri.
- Komissiyanın iclaslarının sayı 4 (dörd) təşkil edir.
- Komissiyanın dördüncü iclası 2022-ci il oktyabrın 10-da Bakıda keçirilib.
Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında ticarət əlaqələri
(ABŞ dolları)
İl |
Ídxal |
İxrac |
2006 |
1840,5 |
4765,8 |
2007 |
196,2 |
8739,9 |
2008 |
338,5 |
7128,0 |
2009 |
224,5 |
3767,9 |
2010 |
204,3 |
7480, 2 |
2011 |
2680,2 |
5720,1 |
2012 |
452,9 |
5367,4 |
2013 |
273,8 |
6467,3 |
2014 |
114,5 |
5916,3 |
2015 |
254,1 |
3525,3 |
2016 |
594,95 |
4665,19 |
2017 |
216.17 |
6,587.43 |
2018 |
5,34 mln |
359,3 min |
2019 |
4,8 mln |
3,1 min |
(Dnestryanı separat qurum nəzərə alınmamaq şərti ilə)
MDB üzv dövlətləri üçün 03-07.04.2017-ci il tarixində Moskvada təşkil olunmuş 2017-ci il üzrə Beynalxalq Müqayisələr Proqramı çərçivəsinda istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair Moskva şəhərində keçirilmiş müşavirə haqqında:
MDB ölkələrində 2017-ci il üzrə Beynəlxalq Müqayisələr Proqramı çərçivəsinda nəzərdə tutulmuş tədbirlər çərçivəsində 3-7 aprel 2017-ci il tarixlərində Moskva şəhərində istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair müşavirə keçirilmişdir. İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB dövlətlərarası statistika komitəsi və Rusiya Federasiyasının dövlət statistikasının Federal xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir. Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan milli statistika orqanlarının qiymət statistikası üzra mütəxəssisləri, həmçinin MDB Dövlətlərarası Statistika Komitəsinin və Dünya Bankının nümayəndələri iştirak etmişlər.
Müşavirə əvvəlcədən müəyyən edilmiş gündəliyə uyğun olaraq keçirilmiş və aşağıdakı məsələlər müzakirə edilmişdir:
- istehlak malları üzra qiymətlərin qeydiyyatının aparılmasının əsas prinsipləri;
- siyahı üzrə təqdim olunmuş spesifik istehlak mallarının qiymət qeydiyyatının təşkil olunması.
İclasda MDB dövlətlərarası statistika komitəsinin sədrinin müavini A.Kosarev giriş nitqi ilə çıxış etmiş və beynəlxalq müqayisələrin MDB Dövlətlərarası statistika komitəsinin təşəbbüsü ilə hayata keçirildiyi barədə iştirakçı ölkələrə məlumat vermişdir. Çıxış zamanı bildirilmişdir ki, 2014-cü ilin məlumatları əsasında ÜDM-in Beynəlxalq Müqayisəsi Proqramı yekunlamış və məlumatlar buklet şəklində çap edilərək iştirakçı ölkələrə təqdim edilmişdir.
Bundan sonra iclasın gündəliyinə uyğun olaraq istehlak bölməsi üzrə təmsilçi mal və xidmətlərin təqdim olunmuş siyahılarının müzakirələri apanlmışdlr. Müzakirələr zamanı aşağıdakı mal qrupları üzra təqdim olunmuş hər bir məhsul üzra ayrı-ayrılıqda fikir mübadiləsi aparılmışdır:
- ərzaq məhsulları, içkilər, tütün- 42 mal qrupu üzra 488 adda təmsilçi məhsul
- yaxşı istifadə əşyaları - 13 mal qrupu üzrə 370 adda təmsilçi mal
- Ev əşyaları- 26 mal qrupu üzra 413 adda təmsilçi mal
- Xidmətlər 28 xidmət qrupu üzra 226 adda təmsilçi xidmət
- Mebel- 6 mal qrupu üzra 118 adda təmsilçi mal
- Səhiyyə 6 mal qrupu üzrə 253 adda əmsilçii mal ve xidmətlər
- Nəqliyyat vasitələri - 3 mal qrupu üzra 84 adda təmsilçii mal
- Digar mallar - 5 mal qrupu üzra 158 adda təmsilçi mal
İclasda müzakirələr əsnasında ölkələr tərəfindən siyahılar üzrə irəli sürülən təkliflər nəzərə alınmış və siyahılara əlavə edilmişdir. İclasın sonunda bütün mal qrupları üzrə təkliflər qəbul olunmuş və qiymətlərin qeydiyyatının aparılması üçün yekun siyahıların 2017-ci ilin aprel ayının sonuna qədər iştirakçı ölkələrə göndərilməsi, may ayından etibarən isə rüblük qaydada qiymətlərin müşahidəsinin təşkil olunması və rübdən sonrakı iki ay ərzində məlumatların MDB dövlətlərarası statistika komitəsinə təqdim olunması barədə qərar qəbul edilmişdir;
- Azərbaycan və Moldova arasında idxal-ixrac əməliyyatlarının sayında artım mövcuddur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 797 min dollardan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yarım milyon dollar daha çoxdur. Moldova Respublikası Milli Statistika Bürosunun məlumatına görə, hesabat dövründə Azərbaycan Moldovadan 4 milyon 395 min 23 dollardan çox, Azərbaycandan Moldovaya 402 min 57 dollar dəyərində məhsul ixrac edib;
- 3 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi GUAM-ın Ticarətin Asanlaşdırılması və Keçid Layihəsi üzrə Rəhbər Komitəsinin 29-cu iclası zamanı GUAM rəqəmsal ticarət interkonneksiyasının yaradılması məsələsini müzakirə edib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general-mayor İqbal Babayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri Oleq Semenenko, Moldova Gömrük Xidmətinin Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitri Volovey və Proqram Koordinatoru GUAM Katibliyi Səbuhi Təmirov iştirak etmişdir. Sonda iclasın yekun protokolu imzalanıb;
- 2019-cu ilin birinci rübündə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi təxminən 1 milyon dollar təşkil edib. Azərbaycan Moldovadan 835,1 min dollarlıq mal idxal edib. Azərbaycandan Moldovaya 95,6 min dollar göndərilib. Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,3 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycan Moldovadan 1,2 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya 115,6 min ABŞ dolları dəyərində məhsul göndərilib;
- 2020-ci ilin altı ayı ərzində Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 2,2 milyon dolları ötüb. Bu barədə Moldova Milli Statistika Bürosu məlumat yayıb. Hesabat dövründə Azərbaycanın Moldovadan idxalının dəyəri təqribən 2 milyon dollar təşkil edib. Azərbaycan Moldovaya 253 min dollar dəyərində məhsul ixrac edib.