Səfirin tərcümeyi - halı
Fövqəladə və Səlahiyyətli Azərbaycan Respublikasının
Moldova Respublikasındakı Səfiri
Qudsi Dursun oğlu Osmanov
Təvəllüdü: 16 Fevral 1966-cı il
Təhsili
- Leninqrad Su Nəqliyyatı Mühəndisləri İnstitutunun iqtisadiyyat fakültəsi (bakalavr),
- Sankt-Peterburq Dövlət Universiteti, hüquq fakültəsi(bakalavr),
- Sankt-Peterburq Dövlət Universiteti beynəlxalq münasibətlər fakültəsi (Siyasi Elmlər üzrə fəlsəfə doktoru, mövzu "Dünya siyasəti kontekstində XX əsrin sonu XXI əsrlərin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”)
- Rusiya Federasiyasının XİN-in nəzdində Diplomatik Akademiya b/x iqtisadiyyat (magistr)
Əmək fəaliyyəti
- 1997-2004 Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburqda şəhərində Fəxri konsulu;
- 2004-2013 Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Baş konsulu;
- 2013-2016 Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində, Səfirin müavini vəzifəsində çalışmışdır;
- 07.09.2016-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfir i təyin edilmişdir;
- Fövqəladə və Səlahiyyətli Səfir Diplomatik rütbəsi var.
İctimai fəaliyyəti və mükafatları
- SSRİ Hərbi Dəniz Donanmasının Baş Komandanı, donanma admiralı Vladimir Chernavin tərəfindən “Döyüş və siyasi təlimlərdə yüksək göstəricilərə görə” diplomu ilə təltif edilmişdir;
- Görkəmli dövlət xadimi və diplomat A.M.Qorçakov adına gümüş medal, "Rusiya Donanmasının 300 iliyi", “Sankt-Peterburqun 300 illiyi” və "Sakit Okean Donanmasının 275 iliyi" münasibəti ilə medallarla təltif edilmişdir;
- "Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasında ikitərəfli faydalı münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrinə görə" Sankt –Peterburqun qubernatoru Georgiy Poltavçenko tərəfindən fəxri diplomla təltif edilmişdir;
- "Rusiya Federasiyası İstintaq Komitəsinə həvalə edilmiş məsələlərin həllində yardımlarına, Rusiya Federasiyası İstintaq Komitəsi ilə uzunmüddətli və səmərəli əməkdaşlığın inkişafına verdiyi tövhələrinə görə" Rusiya Federasiyası İstintaq Komitəsinin 02 aprel 2013-ci il tarixli əmri ilə medalla təltif edilmişdir;
- Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilmişdir.
Xarici dillər - rus, ingilis
Evlidir, 4 uşaq atasıdır.