Dövlət rüsumu.
Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları
çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları
tranzit vizaları üçün - 20 ABŞ dolları
Vətəndaşlığı olmayan şəxslər üçün viza 20$
Ölkələrin siyahısı (link)
Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.
Ödənilmə ünvanı
BC “Mobiasbanca – Groupe Société Générale” S.A
Head Office
81A, Stefan cel Mare si Sfant ave.
MD-2012, Chisinau, Republic of Moldova
tel: 022 256-456
fax: 022 541-974
Banking Code MOBBMD22
Currency Account 2224710SV50362637100
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
Qeyd: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.
Avropa İttifaqı vətəndaşlarına
(Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən)
Qeyd: Danimarka Krallığı və İrlandiya vətəndaşları istisna olunmaqla.
35 avro
Norveç Krallığı vətəndaşlarına
(Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında “Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən)
35 avro
Türkiyə Respublikası vətəndaşlarına
(Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında” Sazişə əsasən)
Diplomatik nümayəndəliklərdə rüsumsuz
Beynəlxalq hava limanlarında
10 ABŞ dolları
Yaponiya vətəndaşlarına
(Notalar mübadiləsinə əsasən qarşılıqlı olaraq viza rüsumundan azad edilmə)
Rüsumsuz
Pakistan İslam Respublikası vətəndaşlarına (Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında “Konsulluq məsələləri üzrə Əməkdaşlıq haqqında” Sazişə əsasən )
Ölkədə qalma müddəti 15 günədək olan vizalar rüsumsuz
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən dəvət məktubunun və müvafiq göstərişin göndərilməsi üçün – 4 manat məbləğində dövlət rüsumu alınır:
Ödənilmə ünvanı: Azərbaycan Beynəlxalq Bankının Sahil filialı, Ş.Qurbanov küçəsi 50.
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
Amerika Birləşmiş Ştatları vətəndaşları üçün: Çoxdəfəlik giriş
vizaları: əmək vizaları- 190 ABŞ dolları; digər vizalar 160 ABŞ dolları
Koreya Respublikası vətəndaşları üçün çoxdəfəlik giriş vizaları üçün:
150 ABŞ dolları