İqtisadi əməkdaşlıq

İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti:

Komissiyanın yaradılma vaxtı - 25 oktyabr 2004-cü il

Komissiyanın həmsədri: Azərbaycan tərəfdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam Kərimov

Üzvlər:

  1. Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini;
  2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini;
  3. Azərbaycan Respublikası Energetika nazirinin müavini;
  4. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini;
  5. Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini;
  6. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri;
  7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
  8. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri.
  • Komissiyanın iclaslarının sayı 4 (dörd) təşkil edir.
  • Komissiyanın dördüncü iclası 2022-ci il oktyabrın 10-da Bakıda keçirilib.



Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında ticarət əlaqələri

 (ABŞ dolları)

 

İl

Ídxal

İxrac

2006

1840,5

4765,8

2007

196,2

8739,9

2008

338,5

7128,0

2009

224,5

3767,9

2010

204,3

7480, 2

2011

2680,2

5720,1

2012

452,9

5367,4

2013

273,8

6467,3

2014

114,5

5916,3

2015

254,1

3525,3

2016

594,95

4665,19

2017

216.17

        6,587.43          

2018

5,34 mln

359,3  min 

2019

4,8 mln

3,1  min

                      (Dnestryanı separat qurum nəzərə alınmamaq şərti ilə)

 

MDB üzv dövlətləri üçün 03-07.04.2017-ci il tarixində Moskvada təşkil olunmuş 2017-ci il üzrə Beynalxalq Müqayisələr Proqramı  çərçivəsinda istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair Moskva şəhərində keçirilmiş müşavirə haqqında:

 MDB   ölkələrində 2017-ci il üzrə Beynəlxalq Müqayisələr Proqramı çərçivəsinda nəzərdə tutulmuş tədbirlər çərçivəsində 3-7 aprel  2017-ci   il  tarixlərində Moskva şəhərində istehlak mallarının siyahısının dəqiqləşdirilməsinə dair müşavirə keçirilmişdir. İclas  MDB  regionu  üzrə bu layihənin  əlaqələndiricisi olan  MDB  dövlətlərarası statistika  komitəsi və  Rusiya  Federasiyasının dövlət  statistikasının  Federal  xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir. Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan milli statistika orqanlarının  qiymət statistikası üzra mütəxəssisləri, həmçinin MDB Dövlətlərarası Statistika Komitəsinin və Dünya Bankının nümayəndələri iştirak etmişlər.

Müşavirə  əvvəlcədən  müəyyən edilmiş gündəliyə uyğun olaraq keçirilmiş  və aşağıdakı məsələlər müzakirə edilmişdir:

- istehlak malları üzra qiymətlərin qeydiyyatının aparılmasının əsas prinsipləri;

- siyahı üzrə təqdim olunmuş spesifik  istehlak mallarının  qiymət qeydiyyatının təşkil olunması.

İclasda  MDB dövlətlərarası statistika komitəsinin sədrinin müavini A.Kosarev giriş nitqi ilə çıxış etmiş və  beynəlxalq müqayisələrin MDB Dövlətlərarası statistika komitəsinin təşəbbüsü ilə hayata  keçirildiyi barədə iştirakçı ölkələrə məlumat  vermişdir. Çıxış zamanı bildirilmişdir ki,  2014-cü  ilin  məlumatları   əsasında ÜDM-in  Beynəlxalq  Müqayisəsi Proqramı yekunlamış və məlumatlar  buklet  şəklində çap edilərək iştirakçı ölkələrə təqdim edilmişdir.

Bundan sonra iclasın gündəliyinə uyğun olaraq istehlak bölməsi üzrə təmsilçi mal və  xidmətlərin   təqdim olunmuş siyahılarının müzakirələri  apanlmışdlr.  Müzakirələr zamanı aşağıdakı mal qrupları üzra təqdim olunmuş hər bir məhsul üzra ayrı-ayrılıqda fikir mübadiləsi aparılmışdır:

- ərzaq məhsulları, içkilər, tütün- 42 mal qrupu üzra 488 adda təmsilçi məhsul

- yaxşı istifadə əşyaları - 13 mal qrupu üzrə 370 adda təmsilçi mal

- Ev əşyaları- 26 mal qrupu üzra 413 adda təmsilçi mal

-  Xidmətlər 28 xidmət qrupu üzra 226 adda təmsilçi xidmət

-  Mebel- 6 mal qrupu üzra 118 adda təmsilçi mal

- Səhiyyə 6 mal qrupu üzrə 253 adda əmsilçii mal ve xidmətlər

- Nəqliyyat vasitələri - 3 mal qrupu  üzra 84 adda təmsilçii mal

- Digar mallar - 5 mal qrupu  üzra 158 adda  təmsilçi mal

İclasda müzakirələr əsnasında  ölkələr tərəfindən siyahılar üzrə   irəli sürülən   təkliflər  nəzərə alınmış   və siyahılara əlavə edilmişdir. İclasın sonunda bütün mal qrupları üzrə təkliflər qəbul olunmuş  və qiymətlərin qeydiyyatının aparılması üçün yekun siyahıların 2017-ci ilin aprel ayının sonuna qədər iştirakçı ölkələrə göndərilməsi, may ayından etibarən isə rüblük  qaydada qiymətlərin müşahidəsinin təşkil olunması və rübdən sonrakı iki ay ərzində məlumatların MDB dövlətlərarası statistika komitəsinə təqdim olunması barədə qərar qəbul edilmişdir;

  • Azərbaycan və Moldova arasında idxal-ixrac əməliyyatlarının sayında artım mövcuddur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 797 min dollardan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yarım milyon dollar daha çoxdur. Moldova Respublikası Milli Statistika Bürosunun məlumatına görə, hesabat dövründə Azərbaycan Moldovadan 4 milyon 395 min 23 dollardan çox, Azərbaycandan Moldovaya 402 min 57 dollar dəyərində məhsul ixrac edib;
  • 3 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi GUAM-ın Ticarətin Asanlaşdırılması və Keçid Layihəsi üzrə Rəhbər Komitəsinin 29-cu iclası zamanı GUAM rəqəmsal ticarət interkonneksiyasının yaradılması məsələsini müzakirə edib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general-mayor İqbal Babayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, Ukrayna Gömrük Xidməti Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri Oleq Semenenko, Moldova Gömrük Xidmətinin Xarici Əlaqələr Departamentinin rəhbəri Dmitri Volovey və Proqram Koordinatoru GUAM Katibliyi Səbuhi Təmirov iştirak etmişdir. Sonda iclasın yekun protokolu imzalanıb;
  • 2019-cu ilin birinci rübündə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi təxminən 1 milyon dollar təşkil edib. Azərbaycan Moldovadan 835,1 min dollarlıq mal idxal edib. Azərbaycandan Moldovaya 95,6 min dollar göndərilib. Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,3 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycan Moldovadan 1,2 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya 115,6 min ABŞ dolları dəyərində məhsul göndərilib;
  • 2020-ci ilin altı ayı ərzində Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 2,2 milyon dolları ötüb. Bu barədə Moldova Milli Statistika Bürosu məlumat yayıb. Hesabat dövründə Azərbaycanın Moldovadan idxalının dəyəri təqribən 2 milyon dollar təşkil edib. Azərbaycan Moldovaya 253 min dollar dəyərində məhsul ixrac edib.

Arxiv üzrə axtarış