Səfirin tərcümeyi - halı
Fövqəladə və Səlahiyyətli Azərbaycan Respublikasının
Moldova Respublikasındakı Səfiri
Ülvi Vaqif oğlu Baxşəliyev
Təvəllüdü: 08.04.1972-ci il tarixində, Azərbaycan Respublikası, Sumqayıt şəhərində
Təhsili:
- 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fars dili bölməsində təhsil almışdır
- 1995-1997-ci illərdə həqiqi hərbi xidməti keçmişdir
- 2000-2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil almışdır (qiyabi təhsil)
Əmək fəaliyyəti:
2001-ci ildə - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci (Şərq) Ərazi idarəsinin attaşesi
2001-2004-cü illərdə - Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin üçüncü katibi
2005-2008-ci illərdə - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci (Şərq) Ərazi idarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin birinci katibi
2009-2012-ci illərdə - Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin müşaviri
2012-2013-cü illərdə - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsi, şöbə müdiri
2013-2017-ci illərdə - Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin müşaviri
2017-2018-ci illərdə - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Avropa idarəsi, rəis müavini
2019-2021-ci illərdə - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idrəsinin rəisi
2021-2023-cü illərdə - Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanınd daimi səlahiyyətli nümayəndəsi
2023-cü ildən - Azərbycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Dil bilikləri: ingilis, rus, fars, polyak
Ailə vəziyyəti: evlidir, iki övladı var