Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması.

Azərbaycan Respublikasının vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər.

Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqlarını rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər. Ad, ata adı və ya soyad dəyişdirilərkən, həmin şəxslərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyad sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.

Adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə - 50 $

Arxiv üzrə axtarış